KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistanda kimlər hakimiyyətə gələ bilər ?

Ermənistanda kimlər hakimiyyətə gələ bilər ?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
323 0

Qonşu ölkənin vurulmuş kartları yeni oyunlar üçün yararlı deyil
Ermənilər 1993-94- cü illərdə əldə edə bildikləri qələbənin eyforiyasındadırlar. Maraqlıdır ki, hətta indi də ! Bu, yalnız rəsmi dairələrdə deyil, elə sosial şəbəkələrdə və erməni mətbuatında da belə görünür ki, onlar Azərbaycan Ordusunun qələbələrini tanımaq istəmirlər və bu onları daha da dibsiz dalana soxur. Əlbəttə, Ermənistanda praqmatik düşüncəli siyasilər var, amma indi belələrinin mövqeyi o qədər zəifdir ki, praqmatik düşüncə müharibə ətrafında qərar vermək imkanı olan düşərgəni tamamilə tərk edib kimi anlaşılır.
Əslində, Paşinyan da daxil olmaqla bir çox erməni liderlərin və vətəndaş cəmiyyəti fəallarının «biz türklərlə, pakistanlılarla,.. döyüşürük, Azərbaycan ordusunda muzdlular var» kimi sərsəm açıqlamaları yalnız ona görə deyil ki, Rusiyanı və başqa müttəfiqlərini bu savaşa soxa bilsinlər, həm də doğrudan da, ona görədir ki, onlar məğlub olduqlarını anlamaq və qəbul etmək istəmirlər. Yalnız ona görə yox ki, məğlubiyyəti etiraf etmək ictimai bədbinlik doğura bilər. Bu bədbinlik, belə görünür ki, artıq var, etiraf edilməyən bədbinlik Ermənistana hakimdir və indi orda aldadıcı duyğularla gerçək vəziyyətin üstünü basdırmaq istəyirlər, amma bu da mümkün olmur.
Bu, savaş ərəfəsinin ictimai fikir çarpışması da deyil yalnız. Həm də uzun zaman ərzində erməni cəmiyyətinin şüuruna pərçim edilmiş yanlış strategiyanın çilik- çilik olmasının ağrısıdır. Ermənistan bir dövlət kimi qurulduğu gündən indiyə qədər, yəni 1918- ci ildən başlayaraq erməni siyasəti dövlət sərhədlərinin böyüdülməsi üzərində qurulub. Bu onların nəyinə gərəkdir, anlamaq çətindir. Daha doğrusu, sözü gedən iddianın səbəblərini, motivlərini erməni siyasi ədəbiyyatından öyrənmək olur, sadəcə olaraq onu anlamaq çətindir ki, Ermənistanı regionun super gücünə çevirmək üçün bütün qonşuları kəsib- doğramaqdan başqa yol yoxdur, bu isə onların imkanı xaricindədir və imkan xaricində olan iddianı bir- birini əvəz edən nəsillərin ictimai varlıq tərzinə çevirmək çox yanlış istiqamət üzrə hərəkətdir.
Qarabağ məsələsinin həlli Ermənistan siyasətini kökündən dəyişməlidir. Bu zamana qədər Qarabağ kartı və «Böyük Ermənistan» mifi üzərində qurulan daxili siyasət tamamilə fərqli aksentləri qabağa çıxarmalıdır. İlk növbədə «Ermənistanın indiki sərhədləri daxilində təhlükəsizliyi və rifahı» siyasi platforma kimi önə çıxmalıdır. «Ərazi iddialarının uğurlu həlli» iddiası siyasi platforma olaraq dəfn edilməlidir. Bu savaşın nəticəsində Ermənistan müstəqilliyini əldə etdiyi gündən indiyə qədər bir- birini əvəz edən siyasi hakimiyyətlər və onların təmsilçiləri siyasəti tərk etməli olacaqlar. Çünki, onlar dağıdıcı ideologiyanın daşıyıcıları olublar. Paşinyanın özünün də, baxmayaraq ki, demokratik dalğada hakimiyyətə gəlmişdi,- qurucu lider olmaq imkanları yox idi. Çünki, orda «Qarabağ kartı» Ermənistanın strategiyasında demokratiyadan da, ictimai rifahdan da öndə idi.
Qarabağın azad edilməsi Qafqazda ərazi münaqişlələrinin birini həll edir və ermənilər regionun destruktiv siyasi vahidi imicindən xilas olurlar, öz ölkələrinin və xalqın inkişafını qarantiləyən siyasi cərəyanlar üzərində strategiya qurmağa məcbur olurlar. Hətta diaspora da öz cəlbediciliyini yalnız mülki investisiya qaynağı kimi saxlaya bilər.
Bunun tərsini də təsəvvür etmək olar. Yəni, ermənilər indiki məğlubiyyəti özlərinin təbiri ilə desək «taktiki geri çəkilmə» kimi qiymətləndirməkdə davam etsələr, təqribən 30-50 ildən sonra Qafqazda erməni dövlətinin mövcudluğuna son qoyula bilər.
Bizdən deməkdir.
Ganimet Zayidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir