KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Erməni siyasi aktivist Ərdəşir Avanesiyanın “Xatirələr” kitabı

Erməni siyasi aktivist Ərdəşir Avanesiyanın “Xatirələr” kitabı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
374 0

Erməni siyasi aktivist Ərdəşir Avanesiyanın “Xatirələr” kitabından bir parça:
Təbrizdəki kommunistlər arasında önəmli bir ixtilaf var idi. Biz Azərbaycanda türkcə yazışma və danışma tərəfdarıydıq. Lakin Təbrizin önəmli kommunist aydınları buna qarşı çıxırdılar. Mən sovetlərdə təhsil aldığım üçün Leninin milli məsələ ilə bağlı görüşlərini anlamış və millətlərin öz ana dillərində təhsil almalarından yanaydım. Sərtibzadə (təbrizli) qrupu milli məsləyə qarşıydılar. Bu üzdən toplantılarda farsca danışırdılar. Onların tərtib etdikləri toplantılara oxumuş adamlar qatıldığından hər kəs farscanı anlayırdı. Lakin ümumxalq fars dilini anlamırdı. Mən onlara “Azərbaycan xalqı türk dilində danışır və farsca anlamır. Ayrıca, öz ana dillərində yazıb oxumaq və danışmaq onların haqqıdır. Ən önəmlisi isə biz sadə xalqla irtibata girmək istəyiriksə onların öz dilində danışmalıyıq” deyirdim. Lakin mənim və mənim kimi düşünənlərin fikrini qarşı tərəf qəbul etməyərək farsca danışmaqdan yanaydılar. Bu mövzuda da anlaşa bilmədik. Məslən mənim ən yaxın arxadaşım olan Əli Əmirxizi “Avanesiyan, mən özüm azərbaycanlıyam, ancaq öz ana dilimdə danışa və yaza bilmirəm, mən farsca yazıb-danışmağa alışmışam” deyirdi. O, mənim “türklərin öz dillərində yazıb oxuması gərəkdiyi” fikrimə qarşı çıxmasa da, lakin türkcə yazıb oxuya bilmirdi. Bu haqda onunla çox mübahisə edərək ona “Azərbaycan xalqının öz ana dilində yazıb oxuması onun təbii haqqıdır, ayrıca, biz bu xalqın ana dili ilə onlarla ilişki qura bilərik, başqa bir alternativimiz yox ki. Sən mənimlə türkcə danışa bilirsənsə, niyə öz xalqınla da türkcə danışmayasan ki? Sən öz oğuşunda (ailəndə) türkcə danışmırsanmı?” dedim. Zor da olsa, onu Təbrizdəki mitinqlərdə türkcə danışmağa razı etdim. Beləcə Əli Əmirxizi Təbrizdəki nimayişlərdə yavaş-yavaş türkcə danəşmağa başladı. Daha sonra bəyaniyələri də türkcə yazdı. Əli Əmirxizi şair və ədib idi, lakin bütün əsərlərini farsca yazırdı. Bu üzdən türkcə yazmaq və bəyan etmək onun üçün çətin iş idi. Özəlliklə farsca yazdıqları yazılarının daha tutarlı və güclü olması üzündən farscaya daha çox meyl göstərirdi. Bu şəkildə Azərbaycanda fəaliyyətlərimizdə zəhmətkeş əhali ilə irtibatımızda türkcə dışında başqa dil qullanmadıq. Sovetlərdə təhsil alanlar türkcənin qullanımına qarşı çıxmır, tam tərsinə türk dilinin rəsmiləşməsindən yanaydılar. Mən fars dilini çox sevərəm və farscanı pisləməyi heç sevmərəm. Çox təəssüf ki, firqənin iqtidarı zamanı farscaya qarşı saldırdılar. Lakin digər xalqların da dillərinin istifadə edilməsindən yanayam.
Ərdəşir Avanesiyan, “Xatirələr”,birinci nəşr, s. 122-123, Almaniya-1990.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir