KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsi

Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
356 0

Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində son 10 gündəki 5 təxribatını bir-bir sıralayıram:
1.İsrailin məşhur “Haarets” qəzetinin saytında prezident İlham Əliyev və onun ailəsinin əleyhinə yazı yayınlandı (yazı və sayt saxta çıxdı);
2. Yenə həmin “Haarets” qəzetində yayınlanan növbəti məqalədə Azərbaycan Müdafiə Nazirliyinin İsrailin silah satan şirkətini satdığı silahları erməni separatçılarına qarşı istifadəyə məcbur edilməsinə dair yazı yayınlandı (yazıdakı faktlar elə İsrail tərəfindən təkzib edildi);
3. Azərbaycan və Ermənistan prezidentləri guya sentyabr ayında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər (Azərbaycan prezidenti bu sessiyada iştirak etməyəcək, bu xəbərin yayılmasının məqsədi budur – guya rəsmi Bakı danışıqlardan yayınır);
4. Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadıxonun imzasyla aprel savaşında həlak olan döyüşçülərimizin dəfələrlə şişirdilmiş sayını göstərən sənədi yaydılar (sənədin saxta olduğu orfoqrafik səhvlərdən bəlli olur, ancaq bunu biz bilirik, xəbərin yayıldığı başqa ölkələrin informasiya məkanlarında isə imzanın saxtalaşdırılmasından bixəbərdirlər);
5 Ermənistanın baş naziri Karen Karapetyan işğal altındakı Kəlbəcərdə mineral su istehsal edən zavodun açılışında iştirak etdi (həmin zavodun məhz Kəlbəcərdə açıldığı qeyri-müəyyən qaldı, hər halda əsəblərimizi gərən xəbərdir).
Bu kütləvi dezinformasiya hücumunun qarşısını necə aldıq? Və ya bunun qarşılığında biz Ermənistanın informasiya məkanına hansı xəbəri ötürdük ki, onlar da əsəb gərginliyi keçirsinlər. Bilən varsa, zəhmət olmasa şərh bölümünə yazsın.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir