KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Zelenski həyacan təbili çaldı: Rusiya Qərbi də dizüstə qoydu?

Kənan Novruzov: Zelenski həyacan təbili çaldı: Rusiya Qərbi də dizüstə qoydu?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
56 0

Ukrayna Prezident Volodimir Zelenski İtaliyanın “Rai1” telekanalına müsahibəsində müharibənin dalana dirəndiyini deyib.
O, bunu tədarüklərin gecikməsi ilə izah edib: “Biz dünyanın ən böyük ordularından birinə qarşı mübarizə aparırıq. Kifayət qədər silah-sursat yoxdur. Müasir texniki vasitələrə ehtiyacımız var”.
Eyni zamanda, V.Zelenski söyləyib ki, Ukraynanın dəniz əməliyyatları sayəsində Rusiya bir çox gəmisini itirib.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil.
Davam edən döyüşləri hərbi baxımdan təhlil edəsi olsaq deməliyik ki, Rusiya təşəbbüsü əldə saxlamağa davam edir. Rusiya tutduğu mövqeləri qoruyur və irəliləməyə nail olur. Ukrayna isə Rusiya ərazisinə havadan hücumları davam etdirir. Rusiyanın ayrı- ayrı vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum, həmçinin Krımda və digər ərazilərdə keçirilən xüsusi əməliyyatlar rəsmi Kiyev üçün avantaj yaradır. Bu hücumlar Ukrayna üçün xüsusilə psixoloji üstünlüyü təmin edir.
Hər iki tərəf getdikcə zəifləyir. Amma görünən odur ki, Qərbin, o cümlədən Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalar lazımi effekti vermir.
Qərbin mövqeyinə gəldikdə isə deməliyik ki, əks- hücum əməliyyatlarının uğursuzluğu Qərbdə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaradıb. Bu, ABŞ və Aİ daxilində də hiss olunur. Qərb savaşın gedişi ilə bağlı yekdil qərar qəbul etməkdə çətinlik çəkir. Əks – hücum əməliyyatlarının uğursuzluğunun ayrı – ayrı Qərb dövlətləri və təşkilatlarının planlarına təsir etməsi mümkündür.
Əvvəl də dediyimiz kimi, Ukraynanın taleyi Qərbin müəyyən hissəsini, o cümlədən ABŞ – ı düşündürmür. Məqsəd öz maraqlarının təmin olunmasıdır. Rəsmi Kiyev sadəcə qurban seçilib.
ABŞ – ın Ukraynaya dəstəyinin səviyyəsi və yaranana “dalğalanmalar da” belə düşünməyə əsas verir. Hazırkı dəstək sadəcə müqavimət, daha doğrusu, sağ qalmaq üçündür. Əgər ABŞ Ukraynanın qalib gəlməsini istəsə idi, silah tədarükündə “xəsislik” etməz, F- 16 qırıcılarını çoxdan tədarük edərdi.
ABŞ – dəki prezident seçkiləri və Yaxın Şərqdəki müharibə nəticəsində artıq Şərqi Avropa Ağ Ev üçün prioritet deyil. Bu isə o deməkdir ki, gələcəkdə dəstəyin daha da azaldılması mümkündür. Hərçənd ABŞ Ukraynanın məhv olmasında maraqlı deyil. Odur ki, Kiyevi tamamilə yardımsız da qoymayacaq.
V.Zelenski müharibənin dalana dirənməsinin əsas səbəbi kimi texnika çatışmazlığını göstərib. O, birbaşa olmasa da, dolayı yolla müttəfiqləri, o cümlədən ABŞ- ı ittiham edib. Mövcud vəziyyət barədə xəbərdarlıq etmək istəyib. Hərçənd Qərb liderləri mövcud durumu elə Zelenskinin özü qədər, bəlkə də, daha yaxşı bilirlər.
Aİ-nin rəsmi nümayəndəsi Josep Borrelin dediyi kimi, doğrudan da, indi Ukrayna tunelində işıq görünmür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir