KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: Xameneinin ali taleyi həll edilir və ya üləmalara hansı təlimatlar veriləcək?

Aqşin Kərimov: Xameneinin ali taleyi həll edilir və ya üləmalara hansı təlimatlar veriləcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
38 0

İranda Ekspertlər Assambleyasına keçirilən seçki daha çox diqqət mərkəzindədir. Çünki üləmalardan ibarət məclisə seçkinin nəticələri İranın daxili siyasi arenası üçün mühümdür.

Ekspertlər Assambleyasına seçki ali rəhbər Seyid Əli Xameneinin yaşı, səhhətindəki problemlərin müzakirə mərkəzində olması fonunda diqqət çəkir.

Lakin bunlar indi üçün daha çox texniki məsələdir, mahiyyət Xameneinin rifahından kənarda olan daha böyük mənzərə ilə bağlıdır.

İranda böyük ixtiyar və qüdrət sahibi olan Xamenei, eyni zamanda, daxili iğtişaşlar, kövrək iqtisadiyyat, xarici siyasətdəki çətinliklərin məsuliyyətini daşıyır.

İran istebleşmenti, əsasən də, dini aristokratiyaya paralel geniş şəbəkəsi olan hərbi, siyasi, mədəni və sosial kompleks olan SEPAH bu çətinlikləri yaxşı dərk edir. SEPAH, yəqin ki, hakimiyyətin ən ali qanadı üzrə “rahat keçidi” təmin etməklə prosesi yekunlaşdırmaq istəyəcək.

Buna görə də SEPAH Ekspertlər Assambleyasının qarşısında 85 yaşına qədəm basacaq Xameneinin varisini təyin etmək tapşırığı qoya bilər. Belə bir təlimat varsa, o, ali rəhbərin fəaliyyətinə “boz kardinal” kimi nəzarət edən digər güc mərkəzləri tərəfindən də dəstək qazanacaq.

Hələlik Xameneinin İranın rəsmi elitasının başından birdəfəlik gedəcəyi də tam aydın deyil, lakin Ekspert Assambleyasına seçki onun varisliyinin davam etdirilməsi prosesində rol oynaya bilər.

Bunun ağrılı olub-olmayacağı isə seçkinin nəticələrindən sonrakı reaksiyalardan asılı olacaq. Əgər İran elitasında qaynaşma davam etsə, Xameneinin xələfi ilə əlaqədar problemlər ölkənin siyasi konyunkturuna təsirlərini göstərəcək.

Ona görə də budəfəki seçki Ekspert Assambleyasının “beyni”nə əlavə faktiki məna və funksiyalar yükləyə bilər.

Ən azından ona görə ki, Xameneinin irsi varisliyə qarşı olduğu haqqında məlumatlar var.

İran elitasındakı şiə ruhani hakimiyyəti katolik papalığı formasında mərkəzləşdirilməyib. İranın sərt xətt tərəfdarlarının belə, Xameneiyə qarşı ucalan səsləri həmin fikri təsdiqləyir. Xameneinin “dirənişi” isə prosesə əlavə sancılar bəxş edə bilər.

Hər halda, Xameneidən sonra oğlu Möctəba Xameninin, yoxsa hazırkı prezident Seyid İbrahim Rəisinin ali dini rəhbər olacağı yenə də aktuallığını qoruyub-saxlayır.

Lakin İrandakı pərdəarxası güclər üçün bundan da vacib çağırışlar var: ölkədə ruhani idarənin dibə düşməyə hazır nüfuzunu bərpa etmək, idarəetməni gəncləşdirmək, faktiki iyerarxiyanı bir qədər formatlamaq.

Deməli, İranda Ekspert Məclisinə üzvlər seçildikdən sonrakı proses – ali rəhbərin seçimi – daha mürəkkəb olacaq.

Üləmalardan ibarət məclisin 15 üzvü ali dini rəhbər vəzifəsinə potensial namizədlərin siyahısının hazırlanmasına səlahiyyətli sayılır. Bu siyahı ictimaiyyət üçün olmur. Lakin çox güman ki, buraya Möctəba Xameneinin və İbrahim Rəisinin də adları daxil ediləcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir