KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elçin XALİDBƏYLİ: Avropa Birliyi ABŞ-dan niyə üz çevirir: “Qoca qitə”də ordu qurulur, Rusiya ilə yeni savaşa hazırlıq başladı

Elçin XALİDBƏYLİ: Avropa Birliyi ABŞ-dan niyə üz çevirir: “Qoca qitə”də ordu qurulur, Rusiya ilə yeni savaşa hazırlıq başladı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
80 0

Bəzi Qərb strateqləri hesab edirlər ki, ABŞ yalnız Ukraynanı deyil, elə Avropa Birliyini də Rusiya qarşısında təkbaşına və taleyin ümidinə buraxıb… Əgər, Avropa Birliyi yaxın gələcəkdə Rusiyanın hərbi potensialı qarşısında güclü ordu olmadan qalarsa, bu, “köhnə dünya” üçün fəlakətli nəticələr doğura bilər…
Ukrayna savaşı ətrafında situasiyanın neqativ istifadə dəyişməsi Avropa Birliyi məkanında ciddi narahatlıq və narazılığa yol açıb. Xüsusilə də, ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırması “qoca qitə”də Ağ Evə olan etimadı önəmli səviyyədə zəiflədib. Və indi Avropa Birliyi ölkələri yaxın gələcəkdə baş verə biləcək hərbi-siyasi fəlakətlərə hazırlaşmaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, ABŞ-ın Ukrayna savaşından tədricən kənara çəkilməsi Rusiyanın hərbi qələbə şanslarını ciddi şəkildə artırmış kimi görünür. Avropa Birliyi ölkələri isə hesab edirlər ki, əgər, Rusiya Ukrayna savaşından qələbə ilə çıxarsa, bu, “qoca qitə”ni Kremlin ağır hərbi-siyasi pressinqi altına sala bilər. Yəni, bu halda, Avropa Birliyi Rusiyanın hərbi təzyiqləri altında Kremlin siyasi-iqtisadi tələblərinə itaət etmək məcburiyyəti ilə üzləşəcək.

ezgif.com-gif-maker.jpg (210 KB)

Bu, o deməkdir ki, yaxın gələcəkdə Avropa Birliyini Rusiyanın geopolitik maraqları ilə hesablaşmaq ehtimalı gözləyir. Belə olacağı təqdirdəsə, Avropa məkanı tamamilə Rusiyanın nəzarəti altına düşmüş olacaq. Müqavimət göstərən ölkələrin isə Rusiyanın hərbi aqressiyana tuş gələcəyi qətiyyən şübhə doğurmur. Və bu, onilliklər boyu dünyanın siyasi-iqtisadi mərkəzi rolunu oynayan, böyük yüksəliş mərhələsi adlayaraq, firavan həyat tərzinə vərdişli olan Avropa məkanı üçün “qaranlıq əsarət tuneli” vəd edir.

Ona görə də, indi Avropa Birliyi qarşısında seçim variantları o qədər də çox deyil. Belə ki, Avropa dövlətləri ya öz bütün maliyyə-iqtisadi resurslarını Ukraynanın qələbəsini təmin etməyə sərf etməlidirlər. Ya da Ukraynaya xərcləməli olduqları resursları öz hərbi təhlükəsizlik potensiallarının artırılmasına yönəltməlidirlər. Ən əsasısa bu iki məqsədə eyni vaxtda nail olmaq demək olar ki, mümkün deyil. Yəni, Rusiyadan qorumaq üçün mövcud olan iki variantdan birindən mütləq imtina etmək lazım gələcək.

Təbii ki, Ukraynanın Rusiya üzərində qələbəsinin təmin edilməsi Avropa Birliyi üçün daha cəlbedici variant kimi görünür. Ancaq əsas problem ondan ibarətdir ki, bu variantın reallaşdırılmasının mümkünlüyünə tam təminat yoxdur. Çünki Ukraynanın hərbi yardımlar ediləcəyi təqdirdə belə, Rusiya qarşısında uzun müddət tab müəyyən şübhələr doğurur. Hər halda, Ukraynanın canlı qüvvə çatışmazlığı artıq indidən hiss edilməyə başlayıb.

avropa-ordusu.jpg (78 KB)

Üstünlük, Avropa Birliyinin maliyyə-iqtisadi resursları da tükənməz faktor deyil. Yəni, bir müddətdən sonra Avropa Birliyi ölkələri Ukrayna savaşını maliyyələşdirmək imkanları məhdudlaşacaq. Əslində, elə indinin özündə belə, Avropa Birliyi ölkələrinin Ukrayna savaşından yorulduğu, bu qurumun daxilində rəsmi Kiyevə verilən dəstək məsələsində kəskin mövqe toqquşmaları müşahidə olunur.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyi ölkələri üçün ikinci variant yeganə çıxış çıxış yolu kimi görünür. Yəni, Avropa Birliyi Ukrayna ordusunu maliyyələşdirmək əvəzinə öz hərbi təhlükəsizlik potensialını gücləndirmək barədə düşünməyə daha çox üstünlük verməyə meyllidir. Hər halda, bu istiqamətdə konkret addımların atılmasına yönəlik çağırışlar indi kifayət qədər intensiv xarakter daşıyır. Və bu, ilk növbədə Ukraynanın gələcək taleyini böyük risk altına sala bilər.

Məsələ ondadır ki, ilk dəfə olaraq, Almaniya Avropa Birliyi ölkələrini hərbi büdcələrin artırılmasına çağırmışdı. Rəsmi Berlin vurğulamışdı ki, yaxın gələcəkdə Avropanı dağıdıcı savaş təhlükəsi gözləyir. Ona görə də, Avropa Birliyi böyük sürətlə bu savaş ehtimalına hazırlaşmalıdır və bunun üçün ən yaxşı halda, cəmisi 5-7 illik bir zaman İntervalına ümid bəsləmək mümkündür. Və onilliklər boyu hərbi xərclər barədə düşünməyə ehtiyac duyulmamış Avropa məkanı üçün belə çağırışlar kifayət qədər çaşqınlıq yarada biləcək bir məqamdır.

0b1beba37d67aad4908932b1b392ddae.jpg (48 KB)

Ancaq Avropa Birliyinin avanqard dövlətlərindən biri olan İtaliyanın xarici işlər naziri Antonio Tayaninin bu qurumun öz ordusunu yaratmaqda gecikməsinin yolverilməzliyini vurğulamasından sonra vəziyyətin ciddiliyi şübhə yeri buraxmır. Onun fikrincə, Avropa Birliyinin fevral sammitində bu məsələ ilə bağlı konkret qərarların qəbul edilməsi olduqca vacibdir. Və bu, onu göstərir ki, Avropa Birliyinin kluarlarında hər halda, bu mövzuda qeyri-rəsmi də olsa, müzakirələr artıq başlayıb.

Bəzi məlumatlara görə, Avropa Birliyinin strateqləri yüz milyard avro məbləğində hərbi fondun yaradılması barədə düşünürlər. Bu fond Avropa Birliyinin ümumi ordusunun formalaşdırılmasını, müasir silah-sursat və hərbi texnikanın istehsalının təşkilini təmin etməlidir. Əsas hədəf isə Avropa Birliyinə qarşı real təhdid mənbəyinə çevrilməkdə olan Rusiya ilə hərbi potensialın balanslaşdırılmasına nail olmaqdan ibarətdir. Və bu, Avropa Birliyinin sürətlə silahlanma rəqabətinə hazırlaşdığını biruzə verir.

Belə anlaşılır ki, Avropa Birliyi hərbi təhlükəsizlik məsələsində artıq nə ABŞ-a, nə də NATO-ya güvənmir. Xüsusilə də, Ağ Evin Ukraynanı belə asanlıqla qurban verməsi bu etimadı demək olar ki, minimuma endirib. Üstünlük, bəzi Avropa Birliyi strateqləri hətta hesab edirlər ki, ABŞ yalnız Ukraynanı deyil, həm də bu qurumu Rusiya qarşısında təkbaşına və taleyin ümidinə buraxıb. Ona görə də, bundan sonra Avropa məkanının təhlükəsizlik prioritetləri məhz “qoca qitə” ölkələri tərəfindən müəyyən edilərək, təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə Rusiyanın hərbi potensialı qarşısında güclü ordu olmadan qalınarsa, bu, Avropa Birliyi ölkələri üçün real fəlakətlər törədə bilər.

Elçin XALİDBƏYLİ
https://musavat.com/news/avropa-birliyi-abs-dan-niye-uz-cevirir-qoca-qite-de-ordu-qurulur-rusiya-ile-yeni-savasa-hazirliq-basladi_1036698.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir