ABD İran’da nereleri vurabilir

Genetik hafıza, mirasın kaybı ve gelecek örneği: Özbekistan

birinci dünya savaşı ve sonrası arap coğrafyasında ingiliz dansı

ABŞ-ın dəstəklədiyi kürdlərin fəallaşması Ankaranı fakt qarşısında qoyur

Dr Nazim Cafersoy: Zəngəzur məsələsi niyə gündəmdə?

Azerbaycan, Ermenistan 16 Mayıs 2021
44

Demeli bu Zəngəzur koridoruna dair razılaşma 10 noyabr razılaşmasında yer alıb. 11 yanvarda təsdiqlənib. Buna dair baş nazir müavinləri səviyyəsində neçə aydır işçi qrupu yaradılıb və konkret lahiyələr planlaşdırılır. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan (rəhbərliyi -prezident+baş nazir) və başda Fransa və ABŞ olmaqla İrəvana yaxın olan bütün ciddi beynəlxalq güclər də bu koridorun açılmasını müxtəlif motivlərlə dəstəkləyirlər.
Digər tərəfdən Ermənistan bugün “buyurun keçin ” desə o koridorun praktiki işləməsi üçün mina təmizlənməsi, yol çəkilişi, dəmir yol çəkilişinə ən az 3 il vaxt lazımdır.

Bu şərtlərdə Ermənistanda mənim üçün Zəngəzur koridoru problemi yoxdur və bu məsələ ilə bağlı strateji qərar verilib və tətbiqi də mərhələli olaraq həyata keçirilir. Ən radikal erməni hakimiyyəti belə bunu dayandıra bilməz.

Mənə maraqlı olan bu məsələ niyə indi və bu qədər hay-küy səbəbi olur?
Məncə bu bir strateji yanaşmanı təmsil edir. Zəngəzur məsələsini indi ortaya atmaqla məqsəd Ermənistan cəmiyyətinin həsasiyyatini Qarabagda baş verənlərdən və verməyə davam edəcəklərdən uzaqlaşdırıb, 3 il sonra həyata keçəcək bir gündəm üzərindən reaksiyalarını zərərsizləşdirmekdir. Demədi deməyin bu işin içinde Rusiya, Azərbaycan ilə yanaşı Ermənistan rəhbərliyi də var. Qaragöl məsələsində də eyni şey olur.

Dr Nazim Cafersoy

Yorumlar