KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Azərbaycan və Ermənistan razılığa gəliblər

Asif Nerimanlı: Azərbaycan və Ermənistan razılığa gəliblər

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
334 0

Sərhədlə bağlı danışıqlar başa çatıb, Azərbaycan və Ermənistan razılığa gəliblər.

Müxtəlif erməni mənbələr razılaşma ilə bağlı bəzi detalları da yayımlayır:

– Azərbaycan Ermənistanın tələb etdiyi formada tamamilə geri çəkilməyib: Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;
– 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;
– Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq;
– Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb;

Bu, erməni mənbələrin iddia etdiyi razılaşmadır. Razılaşma ilə bağlı ən maraqlı şərhi “Hraparak” nəşri yazıb.

“Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”, – nəşr yazır.

Asif Nerimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir