KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Bakının işğaldan azad olunması

Bakının işğaldan azad olunması

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
273 0

Bakının işğaldan azad olunması ilə bağlı parad yüksək səviyyədə təşkil olunmuşdu. Ümumiyyətlə bəzi istisnalar xaricində Cumhuriyyət ili ilə bağlı tədbirlər təqdirəlayiqdir. Bircə Məhəmməd Əmin Rəsulzadə ilə Nuru Paşaya Bakıda abidə çatışmır. Ancaq bunun da reallaşacağına inanıram. Bu arada, Zəlimxan Məmmədlinin öz təşəbbüsü və maliyyəsi ilə rəhbəri olduğu Borçalı Cəmiyyətinin ofisində Nuru Paşaya qoyduğu abidə təqdirəlayiqdir. Bu örnək Nuru Paşanın Bakıda xatirəsinin əbədiləşdirməsinə laqeydliyi ortadan qaldıra biləcək gücdədir.

Ömər Eldarovun emalatxanasında bəlkə də 25 ildən çoxdur Məhəmməd Əmin Rəsulzadənin heykəlinin maketi var. Hələ köhnə hakimiyyətinin sifarişi ilə hazırlanıb. Ömər Eldarov həmin maketi 1990-cı illərin sonlarında özü şəxsən mənə göstərib və maketlə bağlı maraqlı fikirlərini mənimlə bölüşüb. Özü də çox arzu edir ki, həmin maketin əsasında Cumhuriyyət liderinin abidəsini hazırlasın. Ona bu imkanı yaratmaq lazımdır.

Jurnalist və keçmiş iş yoldaşım Ləman Əliəşrəfqızının REAL TV-də il ərzində Cumhuriyyətlə bağlı xeyli maraqlı filmi və reportajı yayınladı. Bakı qoçuları ilə bağlı hazırladığı və bu gün yayınlanan film də mükəmməl idi. Onun da əməyi əvəzsizdir. “Şərq” qəzetinin redaksiyasında Cumhuriyyətə və Nuru Paşaya həsr olunmuş güşələr də gözəl nümunədir. Xəbərsiz olduğum başqa gözəl nümunlərin varlığına da əminəm. Sözümün canı odur ki, ayrılıqda fərd kimi çox iş görə bilərik, başqaları etmirsə və ya gözləmə mövqeyindədirsə, hardansa əmr gözləyirlərsə, biz nəsə edə bilərik və laqeyd mövqeyində dayananları arxamızca apara bilərik.
Elhan ŞAhinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir