KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Türkiyənin Suriya müşkülü: Əlini çəkməlidir, yoxsa güclənməli?

Aqşin Kərimov: Türkiyənin Suriya müşkülü: Əlini çəkməlidir, yoxsa güclənməli?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
163 0

Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra Türkiyənin Qərblə münasibətlərində müsbət dinamika qeydə alınır, sözsüz ki, bu, Ankaranın strateji kursunun xarakterinə əlavə dividendlər gətirir.

Türkiyə-Qərb münasibətlərinin ruhunda NATO-nun genişlənmə proqramına uyğun xətlərin aşkar görünməsindən sonra Ankara bunun müqabilində özü üçün regional təhlükəsizlik zəmanətləri almaqda maraqlı görünür.

Bu məsələdə Türkiyə Suriya və İraqdan qaynaqlanan təhdidlərə həddindən artıq diqqət ayıracaq.

Ankara regional məqsədlərində hədəflərə çatmaq üçün Qərblə əməkdaşlıq fonunda strateji muxtariyyət qazanmalı və əldə etdiyi nəticələri möhkəmləndirməyi bacarmalıdır.

Ancaq Türkiyə Suriyadakı vəziyyəti xeyrinə dəyişdirməkdən ötrü təkcə ABŞ ilə deyil, Rusiya ilə də münasibətlərini hamarlaşdırmaq çağırışı ilə qarşı-qarşıyadır, çünki Moskvanın Suriyadakı təsirləri hələ aşağı səviyyəyə enməyib.

Türkiyə buna görə də Rusiya, İran, ABŞ ilə yanaşı, Suriya hakimiyyəti ilə danışıqları davam etdirib, bunu ali səviyyəyə çıxarmağı planlaşdırır. Bu, onun PKK-ya qarşı mübarizəsində dəstəkləyici mexanizm qazanmasına yardımçı ola bilər.

Türkiyənin Suriya hökuməti ilə danışıqlar məsələsində maraqları Rusiya ilə üst-üstə düşür, ancaq ABŞ-nin strateji regional zehniyyətinə uyğun deyil, çünki Vaşinqton regionda PKK-ya bağlı dəstələri özünün qalxanı kimi istifadə edir, üstəgəl, Bəşər Əsəd rejimini düşmən gözündə görür.

Beləliklə, Suriyadakı münaqişə Ankara üçün həm mürəkkəb risklər, həm də fürsətlər toplusu təqdim edir.

Türkiyənin Suriyada PKK-ya qarşı mübarizəsinin üç əsas hədəfi var.

I

Ankara Suriyanın şimal bölgələrində təhlükəli vəziyyətdə yaşayan beş milyona yaxın məcburi köçkün arasından Türkiyəyə növbəti qaçqın axınının qarşısını almaq istəyir.

II

Türkiyədə yerləşmiş və iqtisadiyyat üçün maliyyə yükü yaradan suriyalı qaçqınların təhlükəsiz şəkildə geri qayıdışını təmin etmək Ankaraya vacibdir.

III

Türkiyə bununla həm daxildə sabitliyə təhdid yaradacaq demoqrafik xəritədə dəyişikliyə nail olmaq istəyir, həm də sərhəddə bufer zona ilə bağlı şərtlərinin tamamını icra edib təhlükəsizliyini gücləndirmək məqsədlərini prioritetləşdirir.

Deməli, Türkiyə Suriyada qarşıdurmaların istiqamətini özündən uzaqlaşdırmaqdan ötrü nəinki həmin ölkədə təmsilçiliyi azaltmalıdır, əksinə, orada yüksəksəviyyəli oyunçu olmağa məcburdur.

Amma Türkiyənin planlarına qarşı regionda təhdid yuvalarını qurdalamaq cəhdləri müşahidə edilə bilər, burada Ankara daha çox problemlərlə üzləşəcək.

Ona görə də Türkiyənin preventiv tədbirlər üçün Suriyada hərbi iştirakını gücləndirmək xəttinə gedəcəyi məntiqli görünür. O, Dəməşqlə kəşfiyyat məlumatlarını mübadilə edib onu inandırmağa çalışa bilər ki, bu mübarizə Suriyanın özü üçün də mühümdür.

Lakin yekun və mütləq ortaq nöqtələr tapılması çətindir – həm ABŞ ilə, həm Rusiya, həm İran, həm də Suriya ilə.

Ümumilikdə Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Suriya siyasətində əhəmiyyətli dəyişiklik olacağı gözlənilmir.

Ankaranın Suriyadakı münaqişə ilə bağlı klassik yanaşmada qalması konfliktin gedişatını, Suriyanın Türkiyə ordusu tərəfindən qorunan hissələrində yaşayan milyonlarla suriyalının taleyini müəyyənləşdirməyə kömək edəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir