KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ali Zulfuqaroğlu: Hizbullah Vaşnqtona niyə “pas” verir?

Ali Zulfuqaroğlu: Hizbullah Vaşnqtona niyə “pas” verir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
100 0

Bəllidir ki, Suriya və İraqda Türkiyə tərfindən YPG\PYD terror təşkilatlarına qarşı başladılan antiterror əməliyyatları ilə uzaq perspektivə hesablanan planlarının pozulması ABŞ-ni ciddi şəkildə narahat edir. Ona görə də HƏMAS-ın manipulyasiya edlməsi və İsrailə hücumların baş verməsində şübhələrin Vaşinqtona yönəlməsi ən əsaslı variantdır. Nəticədə ABŞ-nin bölgəyə böyük qüvvələr sərf etməsi üçün “İsraili qorumaq” adı altında “əsaslar” yaradlması məhz Vaşinqtonun maraqlarıa xidmət edir. Amma ilk öncə imicini bərpa etmək və qisas almaq üçün Qəzzaya 10 min tondan artıq bomba yağdıran Netenyahu dünya ictimiyyətinin təpkisini İsrailllə yanaşı həm də ABŞ-yə qarşı yönəltməklə Vaşinqtonun planlarına mane oldu. Bütün dünyada və İsraildə yaşayan əksər yəhudlər belə bu hücumların adekvat addım olmadığının və atəşkəs elan edilməsinin vacibliyi qənaətindədirlər.
Məhz belə bir məqamda Hizbullah lideri “ABŞ-nin Suriya və İraqdakı bazalarına hücum edəcəyik” deməklə Vaşinqtona pas verir və Netenyahunun addımları ilə Amerikanın əngəllənən planları işlək mexanizmə çevrilir. Bu isə təbii ki, ilk öncə qardaş Türkiyənin maraqlarına qarşıdır və onun təhlükəsizliyini təhdid edir. Belə çıxır ki, İran bununla Türkiyəni hədəfə çevirmək üçün ABŞ-yə şərait yaradır…
Ona görə də xüsusilə inanclı insanlar gəlişigözəl sözlərin əslində nəyə xidmət etdiyinə daha dərindən baxmalıdırlar…
Hizbullah lideri Həsən Nəsrullah: “Müqavimət qüvvələri ABŞ-nin İraq və Suriyadakı bazalarına hücum edəcək…”.
Ali Zulfuqaroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir