7-8 raketdən birinin hədəfə dəyməsin nə deməkdir?
Dünən Ukrayna yenə Rusiyanın raket hücumuna məruz qaldı. Bu dəfə Ukrayna HHM sistemləri atılan 70 raketdən 60-nı hədəfə çatmadan havada məhv edə bildi. Bu çox yaxşı nəticə hesab olunur və Rusiyanın raket hücumlarının səmərəsini itirmək üzrə olduğunu göstərir. Bu hücumların nəticəsində Odesa, Nikolayev və bir çox şəhərlərdə enerji infrastrukturuna zərbələr dəysə də, insan itkisi çox az olub. Hücum nəticəsində 2 nəfər ölüb, 2 ukraynalı isə yaralanıb.
Nəticəyə baxanda belə çıxır ki, Rusiyanın atdığı 7 raketdən yalnız biri hədəfə dəyə bilir. Belə bir nəticə isə Rusiyanın raket potensialını tükəndirməkdən başqa bir işə yaramır və hərbi baxımdan səmərəsiz olduğu kimi, iqtisadi cəhətdən də olduqca bahalı hesab olunur. Bir raketin orta qiyməti 6-7 milyon dollar götrülərsə, o zaman belə çıxır ki, bir hədəfi vurmaq Rusiyayaya təqribən 40 milyon dollardan artıq qiymətə başa gəlir. Dünənki hücumda istifadə olunan “Kalibr” raketinin qiyməti 6,5 milyon, “x-555” raketinin qiyməti isə 7,5 milyon dollar hesab olunur.
Bu vurulan zərbə nəticəsində isə Ukrayna tərəfin maddi zərəri ən azı 40 milyondan 10 dəfə az hesab edilir. Adətən bu cür hücumlar zamanı enerji infrastrukturları hədəf alınır ki, nəticədə dəyən ziyan bir neçə yüz min dollara tam bərpa oluna bilir. Ancaq bu ən minimal hesablamadır. Bundan əvvəlki raket hücumu zamanı 80 – dən artıq “X-101” raketi istifadə olunmuşdu ki, onun da birinin qiyməti 13 milyon dollar hesab olunur.Onların da 52 -i havada vurulmuşdu. Göründüyü ki, atılan raketlər nəticəsində Rusiyayaya dəyən maddi ziyan, Ukraynaya dəyən zərərdən daha çoxdur.
Dünən Ukrayna təkcə müdafiə olunmadı, həm də Rusiyanın içərilərindəki hərbi obyektlərə uğurlu zərbələr endirməyə müvəffəq oldu. Saratov vilayətindəki “Engels” və Ryazandakı “Dyagilevo” hərbi aerodromlarına dronlarla endirilən zərbələr nəticəsində Rusiya iki bombardmançı təyyarə itirib. Bu gün səhər is Ukrayna dronlar Kursk şəhərindəki yanacaq bazasına zərbə endirib. Rusiya HHM sistemləri bu hücumların qarşısını ala bilməyib.
Əslində nə qədər paradoksal görünsə də, Ukrayna indi Rusiyanın raket hücumlarından itirən deyil, qazanan tərəfə çevrilib. Çünki bu hücumlar nəticəsində Ukrayna Qərb müttəfiqlərinə təzyiq edib dah çox HHM müdafiə sistemləri ala bilir. Bu da müharibə gedişində Ukraynanın əsas strateji məsələlərdən biri saydığı öz hava məkanını daha tez Rusiya hücumlarına qarşı bağlamaq vəzifəsini həll etməyə şərait yaradır.
Fuat Gahramanlı
Fuat Gahramanlı: Raket hücumları kimə daha çox zərbə vurur, Ukraynaya, yoxsa, Rusiyaya?
280 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.