KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. AZƏRBAYCANIN KRIM SİYASƏTİ DƏYİŞMƏZDİR

AZƏRBAYCANIN KRIM SİYASƏTİ DƏYİŞMƏZDİR

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
362 0

Ferval ayında Rusiyanın Krımı faktiki işğal etməsindən 4 il keçir.

Rusiya Krımı işğal etməsini 3 “faktorla” izah etmişdi:

Birincisi, Rusiya hakimiyyəti Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən qanunsuz uzaqlaşdırıldığını və əksinə yeni qurulan hakimiyyətin qeyri-qanuni olduğunu iddia edirdi.

İkincisi, Kreml Ukraynanın yeni qurulan hakimiyyətinin millətçilərdən formalaşdığını iddia edərək Krımda guya etnik təmizləmə həyata keçirəcəyini porqnozlaşdırırdı.

Üçüncüsü, guya Krım işğal olunmasaydı NATO yarımadada hərbi baza yaradacaq və bu Rusiyanın təhlükəsizliyinə ciddi təhdid olacaqdı.

Kreml bu 3 bəhanəni əlində rəhbəri tutaraq Krımı işğal etdi və orada mart ayında qeyri-qanuni referendum keçirərək yarımadanı Rusiyaya birləşdirdi. Halbuki, Rusiya Krımı işğal etmədən də Ukrayna hakimiyyətindən ada sakinlərinin təhlükəsizliyinin və yarımadada NATO-nun hərbi bazasının yaradılmamasının təminatını ala bilərdi. Kreml bunun əvəzinə radikal yol seçdi və qardaş ölkəni özünə düşmən etdi. Ukraynada bundan sonra da hakimiyyətə kim gəlirsə-gəlsin Krımın işğalı ilə barışmayacaq. Krımın işğalı iki ölkə arasındakı münasibətlərin normallaşmasına imkan verməyəcək.

Qeyd etmək lazımdır ki, Krımın işğalında Ukraynanın keçmiş hakimiyyətlərinin də səhvləri olub. Krımda yaşayan tatarların sayı çox olsaydı Rusiya asanlıqla yarımadanı işğal edə bilməzdi. Ancaq Ukraynada bir-birini dəyişən hakimiyyətlər Krıma daha çox tatarın köçməsinə dəstək vermədilər. Tatarlar Krıma köçdükdən sonra da sənədləşmə məsələlərində problemlər yaşayırdılar. Ukraydakı hakimiyyətlə elə bilirdilər ki, Krımda tatarların sayı çox olsa separatizm arta bilər. Ancaq bunun tam tərsi baş verdi.

Krım Ukraynaya məxsusdur və dünya dövlətləri də Krımı məhz Ukrayna ərazisi kimi tanıyır. Rusiya hakimiyyəti çox çalışdı ki, 4 ildə dünya ölkələrinə Krımı Rusiya ərazisi kimi tanıtdırsın. Ancaq bu alınmadı. Tam əksinə Krımın işğalına görə Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya qarşı sanksiyalar qəbul etdilər və bu sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdi.

Krım beynəlxalq aləm üçün qırmızı çızgidir və Rusiya bu cizgini aşdı. Krımın işğalı beynəlxalq düzənə zərbə vurdu. Beynəlxalq aləm bu işğala seyrçi qala bilməzdi. Rusiya Ukraynada hakimiyyətin dəyişməsi zamanı daxili qarşıdurmalardan istifadə edərək qardaş adlandırdığı dövlətdə iki böyük problem yaratdı: Krımı və Donbası işğal etdi. Qonşu dövlətin ərazi bütövlüyü prinsipi pozuldu. Rusiya bundan bir neçə il əvvəl eyni ssenarini Gürcüstanda həyata keçirmiş Abxaziya və Cənubi Osetiyanı işğal etmişdi.

Krımda hazırda vəziyyət necədir?

Krımda mövcud siyasi sistemi tənqid edən etnik ukraynalıların və tatarların təqibləri davam edir, yarımadada mütəmadi həbslər həyata keçirilir. Bu haqda BMT qətnamələri də var ki, Rusiyadan Krımdakı təbiqlərə son qoyulması çağrılır. Rusiya Krımı Qara dənizdəki əsas hərbi bazasına çevirir və bununla yarımada hərbiləşdirilir.

Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərinə baxmayaraq, Krımı Ukrayna ərazisi sayır. Azərbaycan vətəndaşları Krıma Rusiya ərazisindən keçərək getmirlər. Azərbaycanda Krımın Rusiya ərazisi kimi təqdim olunması da qadağandır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir