KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ruslar Lisiçanskı işgal etdilər. Bundan sonra nə olacaq?

Kamal Aliyev: Ruslar Lisiçanskı işgal etdilər. Bundan sonra nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
269 0

Əslində,aşagı-yuxarı Lisiçanskın Severodonetskdən sonra Rusiya tərəfindən işgal ediləcəyi gözlənilirdi.Müharibədən əvvəl Luqanskdan 115 km aralı yerləşən bu şəhərin 100 min əhalisi vardı və Ukrayna sənayesinin ürəyi olan Donbasın ən əhəmiyyətli regionlarından biri idi.Ancaq mənim diqqətimi hələ Severodonetskin işgalı ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenskinin sözləri yadıma düşdü.O,demişdi ki,Severodonetsk və Lisiçansk işgal olunarsa,ruslar yenidən Kiyevə dogru hərəkət edəcəklər.
Zeçenskinin demək ki,bir bildiyi mütləq vardır.Hələ ki,Ukraynaya ən modern HHM sistemlərinin çatdırılması gecikir və bu,rusların minimal da olsa üstünlük qazanmasına fürsət verir.
Ümumiyyətlə,Ukraynanın bütün şəhərləri,qəsəbələri,kəndləri,hətta məhəllələri də eyni səviyyədə strateji əhəmiyyət daşıyır.Çünki,Ukrayna bu gün acımasız bir düşmənlə qarşı-qarşıyadır və vətən torpagının hər qarışı ukraynalılar üçün müqəddəsdir.
Liçansk və onun ətrafındakı qəsəbələrin,kəndlərin rusların nəzarətinə keçməsi o deməkdir ki,Luqansk vilayəti artıq Ukraynanın nəzarətində deyil.Bu gün faktiki Ukrayna ərazisinin 23%-i Rusiyanın və onun “DNR”,”LXR”separatçı rejimlərinin nəzarəti altındadır.Lisiçansk,Severedonets və Rubejno kimi şəhərlər Luqanskın ərazisinə daxil idi.
Əvvəllərdə dediyim kimi,Rusiya və Qərbin Ukrayna poliqonunda hesablaşması hələ bir müddət də davam edəcək.Görünür,Rusiya prezidenti V.Putinin əsas strategiyası payız və qış aylarında eskalasiyanın miqyasını daha da artırmaq,o cümlədən Avropa ölkələrinə təbii qaz axışını durdurmaqdır ki,resessiya baş versin.Resessiya isə öz növbəsində hiperinfilyasiyaya və staqflasiyaya rəvac verəcək.
Rusların hərbi hədəfi isə həm də Ukraynanın ikinci ən böyük şəhəri Xarkovdur.Xarkov hazırda tamamilə dagılıb və infrastrutur tarumar olub.Xarkovun işgalı Odessadan fərqli olaraq,daha yaxın perspektiv üçün planlaşdırılıb.
Göründüyü kimi,Ukraynada Rusiya işgalı davam edir və hadisələrin biz hələ kuliminasiya nöqtəsini yaşamırıq.Rusiya isə Avropaya satdıgı təbii qazdan əlavə milyardlar qazanmaqla,prosesi daha da uzadır.Nəzərə almalıyıq ki,payız və qış aylarında həm enerjiyə tələbat artacaq,həm də qiymətlər artacaq.

Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir