KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə-ABŞ münasibətləri: Tamam ya davam?

Türkiyə-ABŞ münasibətləri: Tamam ya davam?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
369 0

Fevralın 15-də ABŞ dövlət katibi Reks Tillerson ilə Türkiyə prezident Rəcəb Təyyub Ərdoğan arasında görüş keçirildi. Bu görüşü Türkiyə-ABŞ münasibətlərində “tamam ya davam” kimi də nəzərdən keçirə bilərik. Görüş zamanı danışılan əsas məsələ Suriya ətrafında baş verən hadisələrlə bağlı oldu. Təbii ki, bu görüşdə Türkiyə prezidentinin əsas məqsədi ölkəsinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Ümumiyyətlə görüş çox uzun çəkdi və mətbuata qapalı şəkildə baş tutdu.

Aydındır ki, Ankarada yalnız Afrin məsələsi müzakirə olunmayıb. Ancaq nəticə etibarı ilə görüşün hər iki tərəf üçün də yaxşı keçdiyini deyə bilərik. Həm türk mediası, həm də ABŞ Dövlət Departamenti bu xəbəri yayıb. Türkiyə tərəfinin əsas qayələrindən biri də YPG-nin istifadə etdiyi silahlarla bağlı olub. Belə ki, adını çəkdiyim terror qruplaşmasının istifadə etdiyi silahlar demək olar ki, heç qabaqcıl ölkələr də belə yoxdu. Bütün bunların da hardan gəldiyi və qaynağı isə məlumdur. ABŞ özü də bunu etiraf edir. Hətta Vaşinqton Suriyadakı terror qruplaşması üçün 500 milyon dollardan çox vəsait ayırıb. Türkiyə haqlı olaraq Vaşinqtonun bu qərarından narazıdır.

Tillersonla görüşün müsbət sonluqla bitdiyi deyilsə də, dövlət katibinin işlətdiyi ifadə gərginliyin hələ də tam səngimədiyinə işarədir. Reks Tillerson YPG adlı terror qruplaşmasının adını belə çəkməyib. Ona verilən əsas suallardan biri də “hansı səbəbə görə YPG ə verdiyiniz ağır sulahları geri almırsınız” oldu. Onun cavabı isə belə olub: “biz onlara nə zaman ağır silahlar verdik ki, indidə geri alaq”.

ABŞ xarici siyasətində güvənilməyən əsas məsələ odur ki, “hər cəbhə bir hava çalır”. Tramp adminstrasiyası bütün bunları təkzib edir. Pentaqonun açıqlamasında isə bunlar vurğulanıb: “YPG-yə verilən silahların doğru məqsədlə istifadə edildiyindən əmin olmaq üçün avadanlıq və ləvazimatlar işarələnib”.

Bütün bu məsələlər isə danışıqlara ciddi mənada təsir göstərir və regionda da ABŞ-a inamı azaldır. Ümumiyyətlə düşünmək olar ki, Suriya məsələsində əsas söz sahibi Donald Tramp deyil. Nə də olsa ABŞ-ın Yaxın Şərqlə bağlı illər əvvəl hazırladığı planları var. 2003- cü ildə İraqın işğalında qazanılan uğur, ardınca isə Suriya gəlməli idi. Lakin Türkiyə planları pozdu. Hər iki ölkənin müdafiə nazirləri arasında da görüş baş tutdu. Həmin görüşdə də tərəflər arasında “maraqlı” danışıqlar olub. Belə ki, ABŞ nümayəndəsi türkiyəli həmkarına məsələnin həlli istiqamətində belə bir təklif irəli sürüb. O, nitqi zamanı vurğulayıb ki, bizim istəyimiz odur ki, PKK və PYD (YPG) bir birinə qarşı vuruşsun. Gülüş doğuran fikirlərdir təbii ki ! Çünki himayədarlıq etdiyi PYD və YPG nin elə PKK-nın bir qolu olduğunu onlardan yaxşı heç kim bilə bilməz. Eyni terror təşkilatı bir biri ilə mi döyüşəcək ?! ABŞ-ın Türkiyəyə qarşı yeritdiyi siyasətin yalnış olduğunu artıq anladığını düşünürəm. NATO hərbi blokunun ən güclü müttəfiqlərindən biri olan Türkiyə ilə qarşı qarşıya gəlməyi heç bir dövlət arzu etməz! Çünki Türkiyə bu məsələdə haqlı olaraq çox qərarlıdır. Rəcəb Təyyub Ərdoğan da anlayır ki, meydanda olmadan masaya oturmaq mümkün deyil.

Məsələnin daha bir maraqlı tərəfi var. Bildiyimiz kimi Türkiyənin “Zeytun Budağı” əməliyyatına başlayarkən ardıcıl planları var idi. İlk növbədə Afrin terrorçulardan təmizlənməli, çünki əsas hücum bu bölgədən edilirdi. Planın ikinci hissəsində isə Mənbiçi doğru irəliləmək nəzərdə tutulmuşdu. Daha sonra isə ardıcıl olaraq Rakkaya və terroristlərin əsas məskunlaşdığı ərazi olan Fəratın Şərqinə hücüm planlaşdırılmışdı. Lakin bir anda planda dəyişiklik edildi. Belə ki, Türkiyə tərəfi Afrindən sonra İdlibə irəliləyəcəklərini bəyan etdi. Hesab edirəm ki, bu addım Rusiya ilə əlaqəlidir. Lakin amerikalı generalın “Mənbiçə girdiyiniz təqdirdə sizinlə döyüşəcəyik ” Türkiyədə bir aqressiya yaratdı. Bütün məsələlər də elə buradan başladı.

ABŞ-ın Türkiyəyə qarşı olan bu münasibəti əvvəllər də özünü büruzə vermişdi. Türkiyə İŞİD lə mübarizə aparan zaman da ABŞ eyni sözləri təkrar etmişdi. Lakin Türkiyə tərəfi də onlara 24 saat vaxt vermişdi yerlerini tərk etmək üçün və elə də oldu. 24 saatdan sonra ABŞ əsgərləri geri çəkilmişdi. Düşünürəm ki, indi də eyni vəziyyətdir. ABŞ Türkiyə ilə müttəfiqliyini pozarsa Türkiyə, İran və Rusiya müttəfiqliyi baş tuta bilər və bu da ABŞ üçün ən böyük təhlükədir. Bildiyimiz kimi, fevralın 16-da Münhendə qlobal təhlükəsizlik konfransı öz işinə başlayıb. Bu konfransda mövzu Afrin əməliyyatı olmasa da, Qərb ölkələri bölgədə güclü Türkiyənin olmasını istəmirlər. Hesab edirəm ki, indi artıq Türkiyə üçün ən çətin və qəliz dövr başlayıb. Nəyə görə məhz indi? Çünki, Türkiyənin hərbi qüdrəti hər kəsə məlumdur və Afrinə, İdlibə, Münbiçə, Rakkaya irəliləmək və terrorun kökünü kəsmək qardaş dövlət üçün o qədər də qəliz deyildi. Lakin məsələlərin “masaya” daşınılması Türkiyənin işini ləngidə bilər.

RUSİF MƏMMƏDOV,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir