TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Azerbaycan’ın büyük muallimi Prof. Dr. Penah Halilov!

Rus gazeteci: Erdoğan Trump-Putin görüşmesine başarılar diledi!

ATİB Başkanı Yangın: 15 Temmuz hainlerini lanetliyoruz!

Səudiyyə-Qətər qovğasında Azərbaycan kimin tərəfindədir?

Azerbaycan, Gündem 12 Mart 2018
83

Neftlə zəngin, tarixi bağlılığı olan iki dövlət – Səudiyyə Ərəbistanı və Qətər. Ərəblərin iki monoxriyası arasındakı ziddiyətlər bu ölkələrlə əlaqəsi olan hər bir dövləti çətin seçim qarşısında qoyub. Hər ikisi regionun mühum ölkəsidir və geniş enerji resuslarına malikdilər.
İki ölkə arasındakı münasibətlər 2017-ci ilin iyununda gərginləşib. Birdən -birə Səudiyyə Ərəbistanı Misir, Yəmən, Liviya, Bəhreyn, BƏƏ və Maldiv adalarının daxil olduğu koalisya Qətəri terrorçulara dəstəkləməkdə və bu dövlətlərə təhlükə törədən İrana dəstək verməkdə ittiham etdilər. Sonradan onların cərgəsinə İordaniya da qoşuldu. Bu koalisya Qətəri blokadaya alaraq İranla bütün əlaqələri kəsməyincə blokadanı qaldırmayacaqlarını bildirdilər. Lakin sonra Qətər Türkiyənin yardımı ilə blokadadan çıxa bildi. Məsələnin maraqlı tərəfi isə münasibətlərin ABŞ prezidenti Donald Trampın Səudiyyə səfərindən sonra pisləşməsi idi. Münasibətlərdəki soyuqluq hələ də davam edir.
Mən diqqəti Azərbaycanın bu məsələ ilə bağlı siyasətinə çəkmək isdərdim. Bu başdan deyim ki, Azərbayanın həm Səudiyyə ilə, həm də Qətərlə geniş əlaqələri var. Ölkələrimiz əsasda enerji sahəsində geniş əməkdaşlıq edirlər. Hər iki ölkənin iş adamları ölkəmizdə geniş investisya lahiyyələrini maliyyələşdirilər. Münasibətlərin gərgin olduğu bir vaxtda Azərbaycan bu məsələdə Türkiyənin mövqeyini dəstəklədi. Türkiyə ilə demək olar ki hər məsələ ortaq mövqedən çıxış edən ölkəmiz bu məsələdə də qardaşının yanında olduğunu qeyd etdi. Ancaq eyni zamanda ustalıqla Səudiyyə Ərəbistanı ilə də əlaqələri pozmamağa çalışdı. Son olaraq sentyabrın 13-də energetika naziri Pərviz Şahbazovun Ər-Riyad səfəri bu qəbildəndir. Bu səfət zamanı SOCAR-ın Səudiyyə dövlət şırkəti olan ”Səudiyyə Aramco” ilə qarşılıqlı lahiyələri və geniş əməkdaşlığı mövzusunda razılaşma əldə olundu. Həmçinin OPEK çərçivəsində əməkdaşlıq barəsində də razılıq əldə olundu.
Səudiyyə Ərəbistanı dünyanın ən böyük enerji resuslarına malik ölkəsidir. Həm də ki, Azərbayana görə Ermənistanla heç bir halda əməkdaşlıq etməyən tək-tük ölkələrdən biridir. Neft və digər enerji resusları sahəsində qarşılıqlı əməkdaşlıq Azərbaycan üçün çox gözəl prespektivlər yarada bilər. Biz bu imkanlardan niyə də məhrum olmalıydıq. Ancaq bir məsələni də qeyd edim ki,Səudiyyə-Azərbayan yaxınlaşması heç də Qətərlə əlaqələrimin pozulması anlamına gəlməməlidir. Çünki bizim Qətərlə də eyni ilə geniş dövlətlərarası əlaqələrimiz var. İki ərəb dövlətinin münaqişəli vəziyyətindən Azərbaycan bacarıqlı manevr edərək öz milli maraqlarını müdafiə edə bildi. Həmçinin Qətərlə digər ərəb ölkələrinin münasibətləri pisləşdiyindən Qətərin enerji bazarında bir boşluğun yaranması şübhəsizdir. Azərbaycan şirkətləri, xüsusilə də SOCAR üçün bu əla şansdır.

Zeynal Əmrəliyev,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yorumlar