Vizyon

Putin’in ABD karşıtı bloku Kahire Şam Ankara ekseninde oluşuyor!

Սերժ Սարգսյանը հայտարարեց Վիգեն Սարգսյանի ժամկետը

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kore Basını : Kore Savaşındaki Gerçek Hikaye’nin Sahibi Cesur Türk Askeri’nin Son Yolculuğu

Rusiya və Çindən Türkiyəyə müttəfiq olmaz

Azerbaycan 19 Temmuz 2016
712

Rusiya və Çindən Türkiyəyə müttəfiq olmaz
vasifefendi
Türkiyədə baş vermiş hadisələrin ordunun ayağına yazılması kökündən yanlışdır.Bu hadisəni bir qrup hərbiçinin özfəaliyyəti adlandırmaq daha düzgündür.Çünki, indiyə qədər ordunun təşkil etdiyi və həyata keçirdiyi bütün darbelərin başında Baş qəragah rəisləri dayanırdısa bu dəfə başıpozuq qrupun hərəkətləri ilə rastlaşdıq.Hadisələr başlayan andan yanlış yapdıqlarını anlayan qrup xalqın təpkisi qarşısında təslim oldu və silahı yerə qoydu.Xalqın bu aktivliyi Erdoğan hakimiyyətini qorusa da gələcəkdə proseslərə nəzarəti öz öhdəsində saxladı.Bundan sonra hesab edirəm ki, daxili siyasətdə Ərdoğan korrektələr etməlidir.Çeviriliş cəhdi edən qrup xalq tərəfindən necə zərərsizləşdirilsə, bundan sonra xalqın etimdanı qazanmayan hökumət eyni təpki ilə qarşılaşacaq.
Həbs olunanlara qarşı ölüm hökmünü tətbiq edilməsi üçün Anayasada dəyişiklik təklifi edilməsi və Ərdoğanın bu qanunun imzalayacağını bildirməsi Türkiyə üçün gələcəkdə Avropa Birliyi və ABŞ -la böyük problemlər yarada bilər.Ölüm hökmünün bərpası və tətbiqi qərblə münasibətlərin üstündən xətt çəkməklə yanaşı NATO ilə də münasibətləri bitirə bilər.Belə olan təqdirdə Türkiyə özünə yeni müttəfiq axtarmalıdır.Türkiyə çapında dövlətin yeni müttəfiqləri Çİn və Rusiya olması ehtimalını ( başqa variant yoxur) nəzərdən keçirsək ilk baxışda bu real görünsə də prespektiv baxımdan əlverişli deyil,çünki, hər iki dövlət ilk növbədə öz şəxsi maraqlarından çıxış edir və onların heç vaxt daimi müttəfiqləri olmayıb.Rusiya ilə bağlı son hadisələr bir daha sübut etdi ki, bu ölkəıyə nəinki güvənilir ,heç onunla normal iqtisadi işbirliyi yapmaq mümkün deyildir.Ona görə də hesab edirəm ki, Türkiyə tez bir zamanda baş verən hadisələri soyudaraq ən böyük problemi olan kürd sorunu ilə məşğul olmalıdır.
Vasif Efendi/Azerbaycan

Yorumlar