Rusya Müftüsünden, Cumhurbaşkan Erdoğana kutlama mesajı

Rus senatör: Erdoğan’ın zaferi Türk-Rus ilişkilerinin artmasına fayda sağlayacak

Almanlardan Suriye hamlesi!

ELÇİBEY DÖNEMİ TÜRKİYE AZERBAYCAN İLİŞKİLERİ (7 HAZİRAN 1992- HAZİRAN, AĞUSTOS 1993)

Güney Azərbaycanın Xoy şəhərində Şəms Təbrizi Qurultayı keçirilir

İran 27 Eylül 2016
825

12-13-cü əsrlərdə yaşamış böyük şair və arif Şəms Təbrizinin Xoy şəhərindəki türbəsi yaxınlığında Beynəlxalq Şəms Təbrizi Qurultayı keçirilir.
Qurultaya müxtəlif ölkələrdən tədqiqatçılar və alimlər, həmçinin Türkiyədən Hz. Mövlananın 22-ci nəslindən olan nəvəsi və Eko Mədəniyyət Müəssisəsinin rəisi Esin Çələbi də qatılıb.
İran mətbuatının yaydığı məlumata görə, Şəms Təbrizi qurultayı sentyabrın 25-də açılıb və sentyabrın 28-ə qədər davam edəcək.
Yayılan məlumata görə, xoylu məsullar Şəms Təbrizi türbəsinin Xoyda yerləşməsini digər ölkələr, o cümlədən Türkiyə ilə mədəni əlaqələrin genişlənməsindən əlavə turizm sektorunun inkişafı üçün də bir fürsət kimi görürlər.
Xoy şəhəri İcra Hakimiyyətinin başçısı (fərmandar) Hüseyn Seyvani-Əsl Xoyda turizm sektorunun inkişafı üçün böyük Şəms Təbrizi məqbərəsinin tikilməsi və diqər turizm-xidmət obyektlərinin təməlinin qoyulması istiqamətində layihələr hazırlandığını bildirib.
Türkiyədən Qurultaya qatılan E.Çələbi “İsna” Xəbər agentliyinin müxbiri ilə danışıqda Şəms Təbrizinin türbəsində olduğundan məmnunluğunu dilə gətirib. “Eko Mədəniyyət Müəssisəsi bütün mədəni proqramlara xüsusi əhəmiyyət verir və mən bu gün Şəms Təbrizinin türbəsini ziyarət etdiyimə görə çox şadam. Şəms Təbrizi olduqca böyük arif olub, o Mövlananı özünə məftun etməyi bacarmışdır”- deyə Mövlananın nəsilinin davamçısı qeyd edib. Türküstan.info

Yorumlar