KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Bayden-Şols görüşündən çıxan nəticələr

Kamal Aliyev: Bayden-Şols görüşündən çıxan nəticələr

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
325 0

Bayden-Şols görüşündən çıxan nəticələr və ABŞ-ın Rusiyaya verəcəyi “qarşılıq”.

Təbii ki,bu yazının başlıgı mürəkkəb cümlədir,ancaq gəlin biz cümlənin ikinci hissəsindən başlayaq.
Nəhayət,Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolsun ABŞ-a səfəri baş tutdu.Bu səfərlə paralel olaraq,Fransa prezidenti Emanuel Makron da Rusiya prezidenti Vladimir Putinlə görüşdü.

Almaniyanın federal kansleri ilə görüşən ABŞ prezidenti Cozef Bayden birgə keçirilən mətbuat konfransında dedi ki,Rusiya Ukraynayı işgal etsə,NATO bu ölkəyə “qarşılıq”verəcək.

Yeri gəlmişkən,bu “qarşılıq”ritorikası kifayət qədər sərtdir və şərh edilməyə dəyər.
Mən şübhə etmirəm ki,C.Bayden “NATO Rusiyaya qarşılıq verəcək”deyərkən,bu ölkə açıq konfrantasiya nəzərdə tutmur.
Bayden dedi ki,Rusiyanın Ukraynayı işgal etməsi rus tanklarının bu ölkənin sərhədlərini keçməsi mənasına gəlir.

Amerikalı politoloqlar,hərbi strateqlər də deyir ki,Rusiyanın Ukraynaya hərbi intervensiyası ən az 50 min insanın ölümü və 5 milyon ukraynalının da qaçqın vəziyyətinə düşməsi deməkdir.
İş bununla da bitmir və Ukraynanın iqtisadi infrastrukturunun böyük ziyan görməsini də nəzərə almalıyıq.Bu,o deməkdir ki,Rusiya Ukraynaya təbii qazı,Belorus da elektrik enerjisini kəsəcək.
Üstəlik,Rusiyanın Ukrayna daxilində kəşfiyyat ünsürləri,5-ci kolonunun da hərəkətə keçməsi gözlənilir.
Əlbəttə,bunlar hələ ku,mümkün versiyalardır.

Bundan əlavə,Bayden-Şols görüşündə Rusiyadan Baltik dənizinin altı ilə Almaniyaya çəkilən “Şimal Axını-2″təbii qaz boru kəməri də müzakirə olunub.
ABŞ prezidenti açıq dedi ki,Rusiya Ukraynaya hücum edərsə,adı çəkilən layihəyə son verəcəyik.

Yadınızdadırsa,ABŞ-ın keçmiş prezidenti D.Tramp “Şimal Axını-2″layihəsinə qarşı idi.Daha sonra Almaniyanın keçmiş federal kansleri Anqela Merkel yeni prezident Baydenlə görüşərək,onun razılıgını aldı.
Reallıq isə budur ki,Almaniyaya Sibirin Yamal yarımadasından ixrac olunacaq təbii qaz həm ucuz,həm də keyfiyyətli idi.
Eyni zamanda,Alman firmaları da “Şimal Axını-2″layihəsindən pul qazana bilərdilər.
Lakin Rusiyanın da “B”variantı hazırdır.
Rusiya prezidenti V.Putin Çinə səfərində “Sibir Gücü”təbii qaz boru xətti ilə bu ölkəyə daha çox qaz satacagı haqqında razılaşma imzaladı.
Nəzərə alsaq ki,Çin bazarı sürətlə böyüyür və güman ki,2030-cu ildən çin istehlakçısı kömürdən imtina edib rus təbii qazına üstünlük verəcək.

Almaniyanın federal kansleri O.Şols dedi ki,o,C.Baydenlə görüşündə Rusiyanın Ukraynayı işgal edəcəyi təqdirdə,mümkün sanksiyaların üzərində fikir mübadiləsi aparıblar.
Şols onu da vurguladı ki,Rusiya Ukraynayı işgal etsə,NATO müttəfiqləri arasında hər hansı fərqli münasibət olmayacaq və birlikdə hərəkət edəcəklər.

Diqqət edin,O.Şols deyir ki,”Rusiya Ukraynayı işgal etsə”birlikdə zəruri bütün addımları atacagıq.
Ortaya sual çıxır:əgər Rusiya Ukraynayı tam işgal etməsə,və ya bu ölkədə iqtidar dəyişikliyi edə bilsə Qərb sanksiyaları tətbiq edəcəkmi?
Şols diplomatik yolla dediyini dedi…

Üstəlik,Almaniyanın federal kansleri yaxın tarixdə Rusiyaya səfər edib V.Putin ilə görüşəcək.

Digər tərəfdən,kansler Şolsun bir cümləsi də diqqətimi çəkdi.O,dedi ki,Normandiya Formatı istifadə olunmadı və onun bərpa olunması üçün şanslar var.
Nəzərə alsaq ki,Normandiya Formatında,2014 və 2015-ci illərdəki Minsk razılaşmalarında nə ABŞ var,nə də Böyük Britaniya.

Güman edirəm ki,Şols Putin ilə keçirəcəyi görüşdə Normandiya Formatını canlandırmagı gündəmə gətirəcək.
Prinsipcə,Rusiya Normandiya Formatına qarşı deyil.
Bir başqa məqam da bundan ibarətdir ki,2015-ci ildəki Minsk razılaşmasının 13 bəndindən birində sülh danışıqlarında Donets və Luqanskdakı separatçıların iştirakına rəsmi Kiyev razılıq verib.
Minsk razılaşması həm də Donetsk və Luqanska Ukraynanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyətin verilməsini də nəzərdə tutur.

Almaniya və Fransa Ukraynanın NATO üzvlüyü prosesini dondura bilərlərmi?

Belə olacagı təqdirdə,NATO-nun əsas sahibi ABŞ buna necə reaksiya göstərəcək?

Bu barədə də daha sonra yazarıq.
Ola bilsin ki,Şolsun Moskva ziyarətindən sonra “daşların yerinə oturmasını”görə bilərik…
Hətta belə də ola bilər ki,Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi haqqında elə Almaniya və Fransa Rusiyaya yazılı zəmanət verər.
Nəticədə,ən pis sülh qanlı müharibədən yaxşıdır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir