Putindən sonrakı Rusiya necə olacaq?

Hocali Moskova’da anıldı

Avrasya Kombat ciu-citsu federasyonun yeni başkanı Aqil Acalov seçildi

Yeni okumalar ışığında Ziya Gökalp

Amerikadan nə fərqi oldu ki?

Rusya 17 Ekim 2016
332

SSRİ ilə ABŞ arasında mövcud olan soyuq müharibə illərində dünyada müharibələrin sayı indikindən az deyildi. Ancaq o illər dünya ikiqütblü idi, hərə öz yerini bilir, nə ABŞ, nə də SSRİ qırmızı çizgini keçirdi. Rusiya prezidenti Vladimir Putin hazırda Amerikanın simasında birqütblü dünyanı tənqid edir, müstəqil dövlətlərin Amerikanın hegemonluğunu qəbul etməyəcəyini dönə-dönə vurğulayır. Sözlərində müəyyən qədər həqiqət var, Amerikanın hər elədiyi düz olsaydı, bu gün İraq və ya Liviya qan çanağına dönməzdi.

Buna baxmayaraq, Putinin iddia etdiyi çoxqütblü dünya da sabitlik üçün əsas vermir. Bəlkə də qütblərin sayı çox olsa Amerika özünü hegemon hiss etməz, kollegial qərarlara üstünlük verərdi. Məsələ burasındadır ki, Putinin məqsədi çoxqütblü dünya yaratmaq deyil, bu görüntüdür, Kreml sahibi Rusiyanın SSRİ-nin varisi etmək istəyir ki, Amerika “çoxqütbü dünya” ilə deyil Rusiya və onun maraqları ilə hesablaşsın. Məgər Rusiya Krımı işğal edəndə, Abxaziya və Cənubi Osetiyanı ələ keçirəndə və ya Donbası Ukraynadan ayıranda tərəfdaş adlandırdığı – Çin, Qazaxıstan, Belarus, Hindistan, Braziliya və ya Cənubi Afrika Respublikasıyla məsləhətləşmişdi? “Oralar mənimdir” deyib hərəkətə keçmişdi. Amerikadan nə fərqi oldu ki? Elhan Şahinoğlu

Yorumlar