KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Samir Hümbətov: Ermənistanda siyasi vəziyyətin ağırlaşması kim və nə üçün lazımdır?

Samir Hümbətov: Ermənistanda siyasi vəziyyətin ağırlaşması kim və nə üçün lazımdır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
417 0

Ermənistanda seçkilərə son 16 gün qaldı. Keçrilməsi nəzərdə tutulan bu seçkilər Ermənistan üçün əvvəlki seçkilərdən bir neçə cəhətinə görə fərqlənir.
Birincisi, Ermınistanda ilk dəfə ölkə mühribədə məğlub olmuş, ordusu dağılmış, iqtisadiyyatı çökmüş vəziyyətdə gedir.
İkincisi, dövlətin siyasi idarəetmə instutları sıradan çıxmış, mərkəzdən idarəetmə iflic olmuş, xarici siyasət institutu başsız qalmışdır.
Üçüncüsü, ordu və hökumət arasında ciddi konfrantasiya ysranmış, mövcud hökumət daxilində xarici qüvvələr və onların əlaltılarından asılılıq artmışdır.
Dördüncüsü, 1997-ci ildən 2018-ci ilə qədər hökumətin siyasi istiqaməti Rusiyaya bağlı olduğu halda, 2018-ci ildə keçrilmiş seçkidə qərbin dəstək verdiyi Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda siyasi inteqrasiya istiqaməti Rusiyaya deyil, qərbə doğru dəyişməyə başladı. Bu gün də Ermənistanda keçrilən seçkilərdə Rusiya Qərb qarşıdurması var.
Beşincisi, II Qarabağ savaşında Azərbaycanın qazandığı qələbə Ermənistanın hərbi və siyasi idarəetməsini parçaladığı kimi cəmiyyəti də parçaladı. Nəticədə Ermənistan klanı ilə Qarabağ klanı arasında gizli qarşıdurmadan aşkar qarşıdurmaya keçmiş və bu qarşıdurma daha da artmağa başladı.
Ermənistan daxilində gedən proseslər, Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, İran XİN başçısı Cavad Zərifin Azərbaycana və Ermənistana səfərləri, seçkiqabağı Nikol Paşinyanın Fransaya səfəri, Fransa prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlərlə bağlı verdiyi sərsəm bəyanatlar və nəhayət, eks prezidentlər Levon Ter Petrosyanın və Robert Koçaryanın verdiyi müsahibələr s. hadisələr onu göstərir ki, önümüzdəki dövrdə Ermənistanda uzun müddət vəziyyətin normallaşması real görünmür.
Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir