KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Zabit Babayev: II. QARABAĞ MÜHARİBƏSİ ( 27 sentyabr- 10 noyabr 2020-ci il). SƏBƏBLƏR və NƏTİCƏLƏR.

Zabit Babayev: II. QARABAĞ MÜHARİBƏSİ ( 27 sentyabr- 10 noyabr 2020-ci il). SƏBƏBLƏR və NƏTİCƏLƏR.

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
404 0

Azərbaycanda mühüm tarixi hadisələr illər keçdikdən sonra ayrı-ayrı şəxslər tərəfindən əsassız əlavələr edilməklə saxtalaşdırılır və saxta tarix yaradılır. Buna yol verməmək üçün İİ Qarabağ Müharibəsinin başlaması səbəblərini və müharibənin nəticəsini yaddaşımızın köhnəlməsinə yol vermədən vaxtında qələmə almaq qərarına gəldim.
Bu yazıda “İİ Qarabağ Müharibəsi nə səbəbdən başlandı?”, “Müharibənin qalıb tərəfi kim oldu?” suallarına cavab almış olacaqsınız.Əgər diqqətlə oxusanız!

İ. MÜHARİBƏNİN BASLANMA SƏBƏBLƏRİ.

Birinci Qarabağ Müharibəsi (1988-1994) dövründə Rusiya Azərbaycan ərazilərinin 20%-ni işğal edərək ermənilərə vermişdi. “Böyük Ermənistan” yaratmaq ideologiyası ilə silahlanmış erməni daşnakları Azərbaycanı yeni ərazilərini ələ keçirməklə hədələməkdə davam edirdilər.Minsk üçlüyü (ABŞ, Rusiya, Fransa) ermənipərəst mövqe nümayiş etdirərək münaqişənin ədalətli həlli üçün tədbir görmürdü. Ermənistanda Pasinyan hakimiyyətə gəldikdən sonra o, ABŞ senatoru Sorosun təkidi ilə Qərbə meyl etməyə başlamışdı. Ermənistanda antirus hərəkətlərə yol verilirdi. Putin Rusiyadan qopmaq istəyən Ermənistanı öz boyunduruqunda saxlamaq üçün tədbirlər görməyə başlamışdı və xüsusi plan hazırlamışdı. Bu planda Rusiya aşağıdakı tədbirləri nəzərdə tutmuşdu:
1. Qarabağ münaqişəsinin həlli məsələsinə Türkiyənin iştirakına yol açmaqla ermənilərdə Türkiyə təhlükəsi barədə daha dərin xof yaratmaq.
2. Azərbaycanla Ermənistan arasında müharibəyə “icazə” verməklə , müharibədə ermənilər üstünlük təşkil edərdilərsə, Kürə qədər Azərbaycan ərazilərinin tutulmasına yardım edib Azərbaycanı daha dərin problemə düçar etmək.Azərbaycan üstünlük təşkil edərdisə, Azərbaycanın qəti qələbəsinə imkan verməyib Qarabağ münaqişəsinin davamlılığın saxlamaqla Rusiyanın Zaqafqaziyadaki varlığını daha geniş təmin etmək.
Türkiyə də bu münaqişənin həllinə qoşulmaqda bir-neçə məqsəd güdürdü:
1.Azərbaycan vasitəsilə Orta Asiya və Uzaq Şərqə keçidi təmin etmək,virtual turanlaşmaya nail olmaq.
2.Muharibədə yeni silahlarını nümayiş etdirməklə dünya səviyyəsində hərbi üstünlüyünü nəzərə çatdırmaq.
3.Azərbaycana qardaşlıq töhfəsini şamil etməklə ,rusa qarşı təsir gücünə malik olduğunu nümayiş etdirib nüfuz qazanmaq və Zaqafqaziyada mövqeyini möhkəmləndirmək.
Azərbaycan hakimiyyəti də Şuşada Paşinyanın
Yallı getməsi səbəbindən daima müxalifətin tənqidi ilə üzləşir və bacarıqsızliqda suçlanırdi.Movcud vəziyyət ərazilərin işğaldan azad edilməsinə nail olmağı zərurətə çevirmişdi.
Beləliklə, yuxarıda sadaladığımız amillər İİ Qarabağ Müharibəsinin başlanmasına səbəb oldu.

İİ. BAŞLANMA SƏBƏBLƏRİNƏ GÖRƏ MÜHARİBƏNİN XARAKTERİ.

Bu muharibə,Rusiyanın Qərbə meyl edən Ermənistanı cəzalandırmaq üçün gizli daxili istəyi ilə əlaqəli olub, Türkiyə və Azərbaycanla qarşılıqlı razılaşma müstəvisində qərarlaşdırilarag başlanılmışdır. Bu baxımdan, İİ Qarabağ Müharibəsi yuxarıda sadaladığımız amillər nəzərə alınmaqla Rusiya və Türkiyə üçün məqsədli, Azərbaycan üçün Vətən Müharibəsi idi.
Ermənistan isə bu müharibədə Rusiyanın gizli niyyətindən xəbərdar olmamaqla, Rusiya vasitəsilə “Böyük Ermənistan” yaratmaq niyyətini davam etdirmək məqsədini güdürdü.

İİİ. 44 GÜNLÜK MÜHARİBƏNİN İKİ NƏTİCƏSİ.

Birinci nəticə odur ki, 10 noyabr bəyannaməsi ilə saxlanılan müharibədə Ermənistan qalibiyyət tərəfidir aşağıdakı səbəblərə görə:
a) Qalibiyyət özünə məxsus olmayana yiyələnməyi ehtiva edir.Bu baxımdan Ermənistan Qarabağa yiyələnmək məqsədinə yeni formatda nail oldu.Beləki bundan əvvəl o ,bu məqsədlə Azərbaycanla hərbi qarşıdurma ilə üz-üzə idisə, indi Rusiyanın timsalında Qarabağa yiyələnmək istəyini reallaşdırır və hərbi qarşıdurmanı özündən uzaqlaşdıraraq Rusiya ilə Azərbaycanın üzərinə yönəldir.
b) Ermənistan ilk dövrdə Qarabağı işğal yolu ilə ərazisinə qatmaq istəyirdisə,indi Rusiyanın müəyyən etdiyi “İqtisadi əlaqələndirmə ” adı altında tranzit ticarət yollarının açılışı ideyası əsasında Laçın dəhlizi yaratmaqla, Qarabağı “erməniləsdirib ” rus mühafizəsi altında faktiki olaraq özünükuləsdirmis olur.Yəni məxsusluğu heçbir sənəddə əks olunmadan Qarabağ faktiki Ermənistana məxsus olur.Rus qüvvələri də onun təhlükəsizlik qaranti rolunu yerinə yetitirlər.
İkinci nəticə isə odur ki,bu muharibədə Azərbaycan uğur tərəfidir. Çünki özünə məxsus olub itirdiyinin bir qismini yenidən əldə etməsi Azərbaycanın uğurudur.Bu mənada da Azərbaycan bu muharibədə qalibiyyət deyil, uğur əldə etdi.
Aşağıdakı səbəblərə görə Azərbaycanın bu müharibədəki fəaliyyətinin nəticəsi qalibiyyət deyil:
a) Azərbaycan , Xankəndi başda olmaqla bütün Qarabağ ərazisində öz hakimiyyət strukturlarını yaratmamişdır. Laçına giriş-çıxışa nəzarət edə bilmir.
b) Dağıdılmış ərazilərə görə təzminat müəyyən edib almağa nail olmamışdır.
c) Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların yurdlarına qaytarılmasını təmin etməmişdir.
d) Sovet dövründə açıq olan Naxçıvana giriş yolunun qapadilmasini ləğv etməmişdir.

İV. QARABAĞ MÜHARİBƏSİNİN XÜSUSİ NƏTİCƏLƏRİ.

Bütün bunlara baxmayaraq, Azərbaycan bu muharibədə çox mühüm və xüsusi nəticələrə Nail oldu:
1.Azərbaycan xalqı vətən naminə birləşməyi və döyüşməyi bacaran xalqdır.
2. Dövlətlər içərisində Türkiyə, Pakistan, İsrail, Gürcüstan və Ukrayna Azərbaycan üçün etibarlı, Rusiya, Fransa və İran etibarsız dövlətlərdir.
3. Güclü ordu Azərbaycan dövlətinin müqəddəratında müstəsna rol oynayır.Azərbaycan dövləti xalqına qayğı göstərməli, şəhid və qazilərini uca tutmalı,elmə üstünlük verməklə ,yeni ixtiralara nail olmaqla ölkənin hərbi potensialını daima yüksəltməlidir.
4.Hakimiyyət varlı azərbaycanlıların yoxsul azərbaycanlılar qədər vətənpərvər olmalarına nail olmaq üçün tədbirlər görməlidir.
5.Azərbaycan məlum düşmənlərin əhatəsi daxilində heçvaxt arxayinlasmamali və həmişə ayıq-sayıq olmalıdır.
6.Azerbaycan qalibiyyət naminə bu yazının İİİ bölməsindəki amillərin həllinə nail olmalıdır!
Zabit Babayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir