Karabağ olayları ve Rusya-Türkiye faktörü

Մենք պատերազմը չենք կարող ավարտել թուլության դիրքերից, Ադրբեջանը դա չի ընկալի որպես փոխզիջում. Ավետիք Չալաբյան

Moldova Cumhurbaşkanı Dodon Türk-Rus ilişkilerini övdü: Bunu başardınız!

Məhəmməd Bastiliyanı necə “işğal etdi”?

Üfüqdəki İran-İsrail savaşı: “Qığılcımlar görünür”

İran 10 Eylül 2019
40

“Tehran-Təl-Əviv münasibətləri İsrail dövləti yaranandan bu yana heç vaxt isti olmayıb. İran İsrailin bölgədə söz sahibi olmaq cəhdləri ilə barışmaq istəmir. Bu gün də yüksələn xətt üzrə gedən İran-İsrail gərginliyi bu fonda təzahür edir. Yəni, burada əsas məsələ Yaxın Şərqin ən güclüsü olmaqla bağlıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, bu geosiyasi qarşıdurmada ABŞ-ın verdiyi dəstək İsrailin əlini bir qədər də gücləndirir:

“Şübhəsiz ki, bu, İranla yanaşı, bir sıra müsəlman dövlətlərin xoşuna gəlmir. Hazırda İsrail və İran arasındakı gərginliyin pik həddə çatmasını ABŞ-ın Tehranla imzalanmış nüvə sazişindən çıxması ilə də əlaqələndirmək olar. Bu baxımdan, İsrail ABŞ-dan tam dəstək ala bilir. Bildiyiniz kimi, İran İsraillə yanaşı, ABŞ-la da yola getmir. ABŞ-ın tətbiq etdiyi 40 illik embarqo və digər faktorlar İranı silahlanmağa və öz silahlarını istehsal etməyə gətirib çıxarıb.

Digər yandan, ortada İranın uranı imzalanmış nüvə sazişində göstərilmiş normadan artıq zənginləşdirdiyi iddiası var, bu da ABŞ-la bərabər İrana qarşı olan digər dövlətləri narahat edir.

İsrail-İran gərginliyi İsrailin İran bazalarını vurmasından sonra yenidən gündəmə gəldi. Artıq bir aydan çoxdur ki, bu kimi qarşılıqlı hücumlar və informasiya müharibəsi pik hədə davam edir. Tərəflər artıq sözlə yox, bir-birinə qarşı əməldə də cavab verməyə başlayıb. Bu qarşılıqlı hücumlar gələcəkdə müharibə ehtimalını bir qədər də artırır”.

Ramiyə Məmmədovanın sözlərinə görə, uzun illərdir davam edən gərginlik özündə daha çox texnoloji savaşın elementlərini əks etdirir:

“İsrail isə texnoloji yeniliklər baxımından İrandan daha üstündür. İsrailin bəzi texnoloji çatışmazlığı olsa da, İran da texnologiya sahəsində böyük irəliləyiş əldə edə bilib. Əlbəttə, İranın gücünü danmaq olmaz. Tərəflər arasında gedən bu texnologiya, yaxud silahlanma yarışı İranın üstünlüyünə gətirib çıxarıb.

Artıq İran dünyada nüvə silahı istehsal edən dövlət kimi tanınır. Bu da İranı qonşuları və dünya dövlətləri üçün qorxu mənbəyinə çevirir.

Amma baş verənlərin yaxın gələcəkdə İsrail və İran arasında açıq qarşıdurmaya səbəb olacağını düşünmürəm. Çünki belə bir müharibə təkcə İran və İsraillə məhdudlaşmayacaq, bir sıra Avropa dövlətləri və dünyanın digər ölkələrinin də bu prosesə cəlb olunması ilə müşayiət olunacaq.

Bu baxımdan kimsə belə bir savaşın başlamasına razı olmaz. Amerika ideoloqları nə qədər İsrailə dəstək versələr də, İranın nüvə silahı faktoruna görə çox da irəli gedə bilmirlər”.

Mənsur Rəğbətoğlu

Yorumlar