KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyənin İŞİD-ə qarşı mübarizəsi beynəlxalq hüquqa uyğundur”

Türkiyənin İŞİD-ə qarşı mübarizəsi beynəlxalq hüquqa uyğundur”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
408 0

“Türkiyə Ordusu 15 iyul hadisələri zamanı ciddi yara aldı, amma qısa zamanda toparlanaraq Cerabulsda əməliyyatlara başladı”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Türkiyənin Suriyada başladığı əməliyyat və Rusiyanın bu məsələdə mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu əməliyyatın məqsədi türk ordusunun zəif düşməsinin iddia edildiyi bir zamanda gücünü dünyaya göstərmək, həmçinin ölkənin sərhədlərinin yaxınlığındakı terror qruplarının yuvalarını dağıtmaqdır: “İŞİD həm Qərb blokunun, həm də Rusiyanın ortaq düşmənidir və bu düşmənə qarşı Türkiyənin apardığı əməliyyat qanunidir, beynəlxalq hüquqa uyğundur. Başda PYD və İŞİD olmaqla üzrə Türkiyəni təhdid edən ünsürlər sərhəd bölgəsindən təmizlənərkən Suriyanın ərazi bütövlüyünün qəbul edilməsi Rusya baxımından da əhəmiyyətlidir”.

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidentinin Türkiyəyə səfəri zamanı bu əməliyyatın başlaması ayrıca əhəmiyyət kəsb edir. Türkiyə Suriyadakı turkmənlərə prioritet verərək, Suriyanın ərazi bütövlüyünü strateji hesab edərək, PYD və İŞİD-in separatçı tələblərini rədd edir. Həmçinin, Türkiyə Suriyanın gələcəyində söz sahibidir və bundan sonrakı hadisələrdə Rusiya və Türkiyə daha sağlam bir zəmində Suriya məsələsini sülhə aparacaqlar. Sia.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir