KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev: Ərdogan İsveçin NATO üzvlüyünə “hə”dedi.Bundan sonra nə olacaq?

Kamal Əliyev: Ərdogan İsveçin NATO üzvlüyünə “hə”dedi.Bundan sonra nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
152 0

Əslində,Türkiyə hökumətinin müəyyən bir mərhələdə İsveçin NATO-nun 32-ci üzvlüyünə “hə”deyəcəyi bəlli idi.Beləliklə,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan NATO-nun Vilnüsdə keçiriləcək sammiti ərəfəsində alyansın baş katibi Jens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi üçtərəfli görüşdə Stokholmun NATO-ya üzvlüyünə razılıq verib.Türkiyə Parlamentinin payıs sessiyasında İsveçin NATO-ya üzvlüyü böyük ehtimalla ratifikasiya ediləcək.
Ortaya sual çıxır:Türkiyə İsveçin NATO üzvü olmasından nə qazanacaq?
Cavab belədir ki,Ankara heç bir şey qazanmayacaq.Ancaq Türkiyə iqtidarına yaxın media yazır ki,İsveç Türkiyənin Avropa İttifaqına üzvlüyünə dəstək verəcək.Ancaq beynəlxalq münasibətlərlə maraqlanan mütəxəsislər bilir ki,Aİ-də əsas söz sahibi Fransa və Almaniyadır.Yəni,bu iki ölkə istəməsə(əslində,istəməyəcəklər də)Türkiyə Aİ-yə daxil ola bilməyəcək.
Digər sual:İsveç PKK və Türkiyənin terror təşkilatı hesab etdiyi FETO üzvlərini Ankaraya təslim edəcəkmi?
Cavab məlumdur:İsveç terror qanununa ən yaxşı halda bəzi dəyişukliklər edəcək.
Reallıq bundan ibarətdir ki,Ərdogan artıq Ukrayna böhranında “tərəfsiz”deyil,artıq tərəfdir.
Mənim fikirim belədir ki,Ərdogan əvvəlcədın Qərbin yanında Rusiyaya qarşı olmalıydı.Ancaq “Kasımpaşalı”Tayyib siyasətdə “iki stulda”oturmagı sevən və sonda təzyiqlərə tab gətirməyən biridir.
Bir məsələ də mümkündür ki,Ankara İsveçin NATO üzvlüyünə “yaşıl işıq”yandırmaqla,nəhayət ABŞ-dən F-16 qırıcılarını tədarük edə belər.Hətta bu mövzu Vilnüsdə gözlənilən Bayden-Ərdogan görüşündə müzakirə edilə bilər.

Hal-hazırda digər aktual bir mövzu da budur ki,bundan sonra Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə seyr edəcək…
Şübhəsiz ki,Rusiya prezidenti Putin Ərdoganın sonunda təzyiqlərə tab gətirməyəcəyini bilir di və mümkündür ki,”B”planına sahibdir.Dogrudur,Türkiyə hazırda sanksiyalara məruz qalan Rusiya üçün vacib ölkədir.Lakin Türkiyə Kreml üçün “vazkeçilməz”ölkə də deyil.Böyük ehtimalla,Moskva Ankaraya təzyiqlərini artıracaq və bu,Suriyadan başlayacaq.Hətta proqnozlaşdırmaq mümkündür ki,ruslar Suriyanın hava sahəsini Türkiyəyə qapadacaq.Daha sonra Türkiyə,Rusiya və İranın təmsil olundugu və Suriya böhranının siyasi həllini nəzərdə tutan “Astana Formatı”Ankarasız davam edəcək.
Bundan əlavə,Putin böyük ehtimalla Türkiyə səfərini təxirə salacaq,”Taxıl Müqaviləsi”-ndən çıxacaq.Mümkündür ki,Moskva Suriyadakı separatçı kürd qruplara dəstəyini artırsın.
Bir sözlə,Putini “aldadan”Ərdogan Türkiyəsini çətin günlər gözləyir.Görək “Ortadogu”layihəsinin həmsədri Ərdogan buna necə cavab verəcək…

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir