İranı ahvazda kim vurdu

İdlib anlaşmasına Amerika təhlükəsi

İranda askeri geçit törenine saldırı

İdlip Olayı Nasıl İncelenmeli -II-

Türkiyə terrorun hədəfindədir…

Gündem 19 Aralık 2016
584

Türkiyədə baş verən silsilə terror hadisələri bir mərkəzdən idarə olunmasına şübhə yoxdur. Burada məqsəd, bu ölkəni zəif duruma salınmasına, Yaxın Şərqdə aktiv siyasətinin qarşısın alınmasına hesablanıb. Türkiyə, Şimali Suriyada yaxın perspektivdə planlaşdırılan kürd dövlətinin yaradılmasının qarşısın almaqdadır. Böyük “Yaxın Şərq” strategiyasında təsbit olunan “kürd dövlətinin” yaradılması, Türkiyənin parçalanması deməkdir. Və, Türkiyə bu, xain planın gerçəkləşməsinə dirəniş göstərir.

Ölkədə terraktların artması səbələri sırasında , Türkiyə hakim partiyasının Rusiya ilə yaxınlaşması, Qərbin qəbul etmədiyi “Türk axınını” qaz kəmərinin TBMM -də təsdiq olunması, daxili siyasətdə demokratiyaya basqılar, AKP-nin Şərqə doğru siyasətinin genişlənməsini göstərmək olar. Qeyd edim ki, PKK- nın siyasi qanadı olan HDP -nin həmsədrlərinin həbsi də mümkün terror hücumlarının olmasını mümkün edirdi. HDP PKK ideyalarını kürd əsilli vətəndaşların arasında inkişaf etdirilməsində “böyük rol ” oynayırdı.

Türkiyə, hazırda Qərblə soyuq münasibətdədir. Bunun səbəbi, 15-İyul hərbi çevrilişə cəhddən sonra, Qərbin AKP mümkün dəstəyinin olmaması, ABŞ- da saxlanılan, çevrilişdə iddiham olunan Fətullah Gülənin ekstradisiya olunmaması, AKP-nin dəyişmək istədiyi Konstitusiya dəyişikliklərinə Avropanın təpkisi, həmçinin Suriyada İŞİD mübarizə altında kürd terrorçularına hərbi lojistik dəstəyin verilməsi , Türkiyənin Qərbdən uzaqlaşmasına səbəb olmaqdadır . Və, bu ölkənin Rusiyaya üz tutmasına səbəb olan amillərdi.
AKP Türkiyədə artan terrorun qarşısını alınması üçün Qərblə normal əlaqələri bərpa etməli, Rusiya ilə üst səviyyədə yaxınlaşmağa son qoymalı, ərazisində tutduğu üç milyon suriyalı qaçqını Şimali Suriyada yerləşdirib, sərhəddi möhkəmləndirməlidir. Çünki qaçıqın axını terrorla mübarizədə çətinlik yaratmaqdadır.

Türkiyənin Suriyada İŞİD və YPG terror təşkilatlarına qarşı “Fərat qalxanı” əməliyyatını davam etdirməsi, Qərbi və Suriyada aktiv siyasət aparan İranıda narahat etməkdədir. İranın Suriyada olması, Türkiyənin regionda siyasi və təhlükəsizlik maraqlarına ziddir. Çünki, İran zamanla kürd terrorçuları- PKK dəstəkləyib. İran İraq hökumətinin xətti ilə PKK-nın rəhbərliyi altındakı Şəngal Özünümüdafiə dəstələrinə (YBŞ) logistik və hərbi yardım göstərir. Xəbər verilir ki, İraq hökumətinin son 14 ayda YBŞ-ə tədarük etdiyi silahın dəyəri 38 milyon dolları keçir.

Regionda cərəyan edən geosiyasi müharibə fonunda Suriyanın parçalanması, Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır. Türkiyə, öz cənub sərhədlərində, yeni dövlətlərin qrulmasının qarşısın almağı həyatı önəm daşıyır. Məhz Türk ordusunun bu gün, şimali Suriyada olması, müəyyən dövlətlərin şimali Suriyada kürd dövlətinin qrulması planına qarşısın alır. Türkiyə Suriyaya qoşun göndərməsəydi, Şimali Suriyada yeni kürd dövləti elan ediləcəkdi.
Vurğulamaq lazımdır ki, Türkiyə İqtidarının Qərblə emosional siyasəti, problemləri daha da dərinləşdirərək, ikinci tərəfin kürdlərə dəstəyinin artmasına səbəb olur.
Suriyada geosiyasi müharibə davam edəcəksə, Türkiyədə təhlükəsizliyi təhdid edəcəkdir. Qərb koalisiyasının ilk vaxtlarda Əsədə qarşı birbaşa hərbi əməliyyatları baş tutsaydı, bu qədər terrorun inkişaf etməsinə, Rusiya və İranın regionda fəal hərbi imkanının qarşısını alardı. Regionda situasiya elə bir ciddi təhlükə saçır ki, Rusiya və İran faktoru Suriyada güclənməkdə, Qərb koalisiyası isə mövqelərini itirməkdədir. Əsədi devirə bilməyənlər, hazırda siyasətlərini Türkiyə üzərində oynamaqdadırlar.

Hələbin Rusiya tərəfindən silahlı qruplardan geri alınmasından sonra, Suriyada bundan sonra hadisələr daha da təhlükəli ssenari ilə davam edəcək. Qərb Kürd terrorçularına və digər silahlı qruplara tank əleyhinə və havadan müdafiə raketləri verərək, vəziyyəti dramatikləşdirəcək.
Bundan sonra, Əsəd rejimi çökərsə , Suriyanın parçalanması qaçılmaz ola bilər. Ölkənin məzhəb və etnik bölgələrə ayrılması reallaşacaq. Türkiyə gözlənilən bu, təhlükəyə hazır olaraq, öz ordu birləşmələrini şimali Suriyada gücləndirməlidir.
Türkiyə hərbi və diplomatik manevrlərlə Suriyanın dövlət bütövlüyünü həyata keçirəcək, ya da Milli Pakt çərçivəsində (Türkiyə parlamentinin 1920-ci il yanvarın 20-də bəyəndiyi sənəd – müasir İraq, Suriya və bir sıra ərazilərini Türkiyənin tərkibinə qatmağı nəzərdə tutur-tərc.) bütün cənub sərəhədlərini milliləşdirəcək. Muhammed Easdullazade

Yorumlar