Нагорный Карабах: молодых вдохновляют солдаты

Նոր կառավարության երկու կարեւոր որոշումները

İranlı ilə ünsiyyət şətrənc oyunu kimidir, yaxud iranlıların psixoloji portreti

Mirza Calil’in “Deli yığıncağı”

Türk birliyinə mane olan SƏBƏBLƏR: “Ortaya siyasi iradə qoymağın zamanıdır”

Gündem 3 Mayıs 2020
139

Son illər türk xalqları arasında inteqrasiya meylləri, mədəni əlaqələr artıb.

Lakin türk birliyinə doğru gediləsi uzun yol, görüləsi çoxlu işlər var. hələ də ortaq ünsiyyət vasitəsi ilə bağlı məsələ həllini tapmayıb. Türk birliyinin yaranmasına hələ də ciddi əngəllər var.

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, türk birliyinin güclənməsi üçün ilk növbədə, türkçülüyün mahiyyəti, yəni onun tarixi və fəlsəfəsi ortaya qoyulmalıdır:

“Türk birliyi deyilən anlayışın siyasi, iqtisadi, mədəni anlamda bir altyapısı, bazası olmalıdır. 19-20-ci əsrlərdə antitürk qüvvələr tərəfindən bu altyapı əsasən dağıdılıb. Son əsrlərdə antitürk qüvvələr Türk xalqlarının birliyinin baş tutmaması istiqamətində əllərindən gələni ediblər. Bu cəhdlər bu gün də davam edir. Bu baxımdan Türk xalqları arasında dildə, fikirdə, işdə birlik ideyası da 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və digər ziyalılar tərəfindən antitürkçü ideyalara qarşı olaraq irəli sürülüb. Bu tezis daha çox İsmayıl bəy Qaspıralının adı ilə bağlı olsa da, əslində o dövrdə bütün türkçü aydınların düşüncəsi idi. Çünki o dövrdə artıq antitürk qüvvələrin, xüsusilə də Böyük Britaniya və Rusiyanın siyasi oyunları nəticəsində Türk xalqları arasında dildə və fikirdə birlik xeyli dərəcədə zədələnib”.

Faiq Ələkbərli hesab edir ki, türk xalqları əsas diqqəti dildə və fikirdə birlik məsələsinə yönəltməlidir:

“Ötən 30 il ərzində dildə və fikirdə birlik məsələsində müəyyən uğurlar əldə edilsə də, bu məsələdə istədiyimiz nöqtəyə gəlib çata bilməmişik. Hələ də, Türk xalqlarının nümayəndələri əsasən öz aralarında ortaq türkcə ilə deyil, rus, ingilis və başqa dillərdə danışırlar. Halbuki bu günə qədər bütün Türk dövlətləri məktəblərdə ortaq türkcə layihəsini həyata keçirə bilərdilər. Ortaq Türk dili kitabı hazırlamaq və tədris etmək ilk baxışda çətin görünsə də, mümkün və reallığa uyğundur. Türk xalqları arasında fikirdə birlik məsələsinə gəlincə, hələlik yetərli iradə ortaya qoyulmur. Amma ortaya siyasi iradə qoymağın zamanıdır. Məsələn, Türkiyədə bəzi siyasi qüvvələr ümmətçi siyasət yürüdür və ərəb-müsəlman dövlətlərinə daha çox diqqət ayırır. Fikrimcə, türk dünyasında, ancaq özəlliklə də Türkiyədə türklüyə bu cür münasibət kökündən dəyişilməlidir”.

Filosof alim hesab edir ki, Orta Asiyanın türk dövlətləri arasında Qazaxıstan islamçılıqdan çox türkçülüyə üstünlük verməkdə doğru yol tutub:

“Xüsusilə də Nursultan Nazarbayevin türklüyü ön plana çıxmasında müstəsna rolu var. Sadəcə olaraq, Qazaxıstanın türk birliyini Rusiya Federasiyasına meylli Avrasiya formatında görməsi yanlışdır. Doğrudur, Qazaxıstan buna bir çox hallarda məcbur edilir. Eyni sözləri Qırğızıstan və Türkmənistan haqqında da deyə bilərik. Hətta, İslam Kərimovdan sonra Özbəkistanın Türk birliyinə daha sağlam addımlar atır”.

F.Ələkbərlinin fikrincə, Orta Asiyanın türk dövlətləri kimi Azərbaycana da ən çox təzyiq Rusiya Federasiyasından gəlir:

“Əslində Azərbaycanda məfkurə baxımından türkçülük dinçiliyə nisbətdə özünü daha çox büruzə verir. Azərbaycanın əsas problemi Rusiyanın təzyiqi, İranın təsiri və bunların fonunda torpaqlarını işğaldan azad edə bilməməsidir. Bu isə Azərbaycanda türkçülüyün istənilən şəkildə öz əksini tapmasına əngəl olur. Doğrudur, son illərdə Türk Geneşi, ya da Türk Konseyi nisbətən aktivləşib. Hətta, Türkmənistan və Macarıstan da Türk birliyinə isti yanaşmağa başlayıb. Ancaq bu birliyin bazası doğru müəyyən olmadan, onun güclənməsi və dünyada real bir birliyə çevrilməsindən danışmaq tezdir. Hər halda dünyada real bir Türk birliyi, başqa digər qüvvələrin nəzarəti olmadan baş tutanda gerçək olacaq”.

Aydın
Cebhe.info

Yorumlar