KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: ABŞ Yunanıstana hərbi qüvvə cəmləyir: Hədəf Türkiyədir, yoxsa…?

Turan Rzayev: ABŞ Yunanıstana hərbi qüvvə cəmləyir: Hədəf Türkiyədir, yoxsa…?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
265 0


ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt tarixin ən böyük təchizatının Evros (Dədəağac) bölgəsində həyata keçiriləcəyini bildirib. Belə ki, rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdiriləcək.
Məsələ ondadır ki, Evros bölgəsi Türkiyə-Yunanıstan sərhədinə çox yaxındır. Bu ərazi Qərbi Trakya bölgəsində yerləşir. ABŞ-ın Yunanıstan-Türkiyə sərhədində birdən-birə bu qədər hərbi texnika və hərbiçi cəmləməsi bəzi suallar yaradır.
ABŞ Yunanıstanı Türkiyəyə qarşı silahlandırır?
Rəsmi Vaşinqtonun Yunanıstan-Türkiyə sərhədinə yaxın bir əraziyə bu dənli hərbi qüvvə cəmləməsi təbii olaraq bunun Türkiyəyə qarşı ola biləcəyi versiyasını aktuallaşdırır. Lakin düşünmürəm ki, indki halda ABŞ-ın hədəfi Türkiyədir və o məhz Türkiyəyə qarşı Yunanıstanı silahlandırır.
Düzdür, Türkiyə-ABŞ münasibətləri əvvəlki kimi deyil. Ankara və Vaşinqton arasında soyuq küləklərin əsməsi hərkəsə məlumdur. Dolların bahalaşması fonunda TL-nin sürətlə ucuzlaşması da iki ölkə arasında münasibətlərin yaxşı olmadığını göstərir. Lakin bütün bunlara baxmayaraq ABŞ-ın həm də Türkiyəyə ehtiyacı var. Xüsusilə Yaxın Şərqdə Suriya, İraq, Ukrayna, hətta Qarabağ məsələlərində də Türkiyənin varlığı və sərgilədiyi mövqe Vaşinqton üçün məqbuldur. Vaşinqton strateji müttəfiqi adladırdığı Ankara ilə körpüləri tam qoparmaq niyyətində deyil. Ümumiyyətlə bunun olacağını da düşünmürəm.
O ki qaldı ABŞ-ın məhz Evros (Dədəağac) bölgəsinə hərbi qüvvə cəmləməsinə deyə bilərəm ki, Evros təkcə Türkiyə sərhədinə yaxın bir ərazi deyil, həm də liman şəhəridir. Bu da ondan xəbər verir ki, ABŞ-a məxsus hərbi qüvvələr Yunanıstanda uzun müddət qalmayacaq, buradan başqa ölkələrə də göndəriləcək.
Ehtimal ki, hərbçilərin və texnikanın bir qismi buradan Rumıniya və Bolqarıstana göndəriləcək. Bu da ondan xəbər verir ki, ABŞ heç də Türkiyəyə qarşı Yunanıstanı silahlandırmır, əksinə Yunanıstan ərazisindən müvəqqəti istifadə edir. Yəni Vaşinqtonun hədəfi Türkiyə deyil, tamamilə fərqlidir.
Zelenskinin xəbərdarlığı Vaşinqtonu hərkətə gətirdi
Ukraynanın şərqində baş verən son toquşmalar fonunda Kreml Kiyevin cəsarətini qırmaq və separatçıların təhlükəsizliyini təmin etmək üçün Ukrayna sərhədində 100 min qoşun cəmləyib. Qoşunların sayı haqda məlumatlar şişirdilmiş ola bilər, lakin nəticə etibarilə Rusiya bu addımı ilə ən az Kiyev qədər qərarlı olduğunu bir daha nümayiş etdirdi.
Rusiyanın bu addımı sonrası isə Ukrayna Prezidenti Vladimir Zelenskinin “Rusiyanın Ukrayna sərhədi yaxınlığına 100 minlik qoşunu yerləşdirilməsi Kiyevi təəccübləndirmir və qorxutmur” sözləri diqqət çəkdi. Zelenski bu sözləri ilə qorxmadıqlarını bildirsə də bu həm də Vaşinqtona edilən açıq xəbərdarlıq idi. Yəni baxın Rusiya gedişini etdi, sıra sizdədir.
Təsadüfi deyil ki, Rusiyanın sərhəddə 100 min qoşun cəmləməsi və Zelenskinin məlum çıxışı sonrası ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalandı. iki ölkə arasında imzalanan Xartiyanın Ukraynanın ərazi bütövlüyünün bərpasına kimi qüvvədə qalacağı da xüsusi vurğulanıb.
Sənəddə, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Ukraynanın NATO istəklərini dəstəkləyir. Bundan əlavə, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bəyan edir. “Normand formatını” dəstəkləyir, lakin əmindir ki, Rusiya Donbasdakı münaqişəni idarə edir. Yəni Vaşinqton bununla demək istəyir ki, Kreml nə qədər ki, separatçıları dəstəkləyəcək o da öz növbəsində Ukraynanı dəstəkləyəcək. Prinsip etibarilə ABŞ-ın Yunanıstanın Evros (Dədəağac) bölgəsinə cəmlədiyi hərbi qüvədə bu dəstəyin əyani subutudur.
Onuda nəzərı almaq lazımdır ki, bu qüvvələrin heç də hamısı Yunanıstanda qalmayacaq bir qismi Bolqarıstan və Rumıniyaya göndəriləcək. Həmin ölkələr isə Ukraynanya Yunanıstan da da yaxındır. Yəni Vaşinqton Yunanıstan Bolqarıstan və Rumıniya üzərindən ehtimal hərbi toqquşma zamanı bu və başqa formada yardım edə biləcəyini əyani surətdə göstərir”.
Vaşinqtonu və Moskvanı narahat edən Ankara faktoru
Rusiya və ABŞ Ukrayna münaqişəsində hər nə qədər iki rəqib olsalar da bu iki super gücü narahat edən bir məsələ var. Söhbət Ukraynanın tədricən Türkiyə təsirinə düşməsindən gedir. Məsələ ondadır ki, Ukrayna uzun müddətdir ki, Qərbin və ABŞ dəstəyini tələb edir. Rusiyanın separatçılara verdiyi dəstək kimi Kiyevdə Vaşinqtondan ya da Qərbdən dəstək gözləyir. Lakin Kremlin əksinə Kiyevə siyasi və diplomatik dəstəkdən başqa dəstək verilmir. Bu təbii olaraq Ukraynın real dsətək ala biləcəyi alternativ ölkələr axtarmasına gətirib çıxardı.
Türkiyənin Ukraynaya son model "Bayraktar" PUA-larını verməsi mövcud PUA-ları modifikasiya etməsi, Ukrayna hərbiçilərinə təlimlər keçməsi Kiyevi tam məmnun edir. Mövcud Ukrayna-Türkiyə münasibətlərini Kiyevin Ankaranın təsir dairəsinə düşməsi kimi görən ABŞ və Rusiya isə buna qarşı ortaq hərəkət edir. Yəni ABŞ qoşunlarının Yunanıstan, Bolqarıstan, Rumıniyaya yerləşdirilməsi Qara dənizdə təlimlərin keçirilməsinə Kremlin səssiz qalması düşünürəm, bundan irəli gəlir.
Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir