KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Zelenski hökumətinin daxilindəki korrupsiya cəbhədəki ugursuzluqlara şərait yaradır

Kamal Aliyev: Zelenski hökumətinin daxilindəki korrupsiya cəbhədəki ugursuzluqlara şərait yaradır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
244 0

Rusiyanın Ukraynada apardıgı işgal hərəkatı davam edir.Xüsusilə,son vaxtlar ölkənin şərqində Ukrayna ordusunun ardıcıl məglubiyyətləri geniş müzakirə mövzusudur və istiqamətdə artıq Qərb mediasında da geniş analitik yazılara rast gəlmək mümkündür.Emosianallıqdan uzaq və soyuqqanlı təhlil apararkən belə qənaətə gəlmək mümkündür ki,Ukrayna ordusundakı ardıcıl ugursuzluqların Kiyevdəki Volodimir Zelenski hökumətinin daxilindəki hərc-mərclik,kütləvi korrupsiya halları,hakimiyyət iyerarxiyası daxilindəki fikir ayrılıqlarıdır.
Yadınızdadırsa,bir müddət əvvəl tutdugu vəzifədən istefa verən Ukrayna prezidentinin məsləh əətçisi Aleksey Arestoviç bəyan etmişdi ki,Dneprdə yaşayış binasını ruslar yox,Ukrayna ordusu vurmuşdu.Dogrudur,Arestoviç daha sonra yalnış anlaşıldıgını desə də,əslində,necə deyərlər ox yaydan çıxmışdı.Daha sonra Kiyevin Brivarı rayonunda içində Ukraynanın daxili işlər naziri Denis Monastrskının və onun müavini Yevgeni Yeninin oldugu helikopterin qəzaya düşməsi bəzi şübhələrə yol açdı.
Şübhələr ondan ibarətdir ki,post-Zelenski dövrü üçün Ukrayna hakimiyyəti daxilində oliqarx məmurlar arasında ciddi qarşıdurma yaşanmaqdadır.
Bundan əlavə,Ukraynanın müdafiə naziri Oleksiy Reznikova qarşı ciddi korrupsiya ittihamları var.Belə ki,xaricidən edilən hərbi yardımların Ukrayna Müdafiə Nazirliyi daxilində ciddi korrupsiya yoluyla mənimsənildiyi haqqında məlumatlar var.Şübhəsiz ki,prezudent V.Zelenski də hökumət daxilindəki korrupsiya,rüşvətxorluq,dövlət əmlakını mənimsəmə haqqında məlumatlara malikdir.Artıq Ukraynada nazir müavinlərinin biri vəzifəsindən istefa verib.
Zelenski isə öz növbəsində bəyan edib ki,gələn həftə müvafiq qərarlar veriləcək.Analitik məntiq bunu deyir ki,Ukraynadakı hakim siyasi elitanın daxilində Zelenskiyə qarşı olan,Rusiya xüsusi xidmət orqanlarıyla əlaqəli olun fiqurlar var.Əslində,Rusiya işgalına qarşı mübarizədə də son günlər müşahidə edilən məglubiyyətlərin əsas sıbəbi də Kiyevdəki iqtidar mübarizəsidir.
Ukrayna “Transparency İnternational”korrupsiya siyahısındakı 180 ölkə arasında 122-ci yerdədir.Ötən il Ukraynanın Avropa İttifaqına namizədlik st astusu verilməsindən sonra anti-korrupsiya islahatları Kiyev qarşısında qoyulan ən vacib şərtlərdən biridir.Dəhşətlisi budur ki,Rusiyaya qarşı Vətən müharibəsi aparan bir dövlət kortupsiya bəlasından qurtula bilmir.Və bunun nəticəsində xalq arasında birlik,düşmənə qarşı mübarizə əzmi fayda vermir.Əlbəttə,Almaniyadan “Leopard”,ABŞ-dan “Abrahams”tanklarının Ukrayna ordusuna verilməsi mütləq vacibdir,lakin ən önəmlisi ukraynalı oliqarx məmurların kortupsiyadan imtina etməsi,post-Zelenski dövrü üçün siyasi oyunlardan uzaq durmasıdır.Ukrayna xalqının gedərək mübarizə əzmində də ciddi problemlər yaşanır.Reallıq və Rusiya imperializminin üzərində qəlıbənin şərti xalqın arasında milli birliyə və şəffaf hakim komandaya nail olmaqdır.Əlbəttə,xarici yardım vacibdir,ancaq hakimiyyət və xalq arasında daxili konsolodasiyanın zəifliyi məglubiyyətlə nəticələnə bilər.
Axı biz azərbaycanlılara bu mənzərə ötən əsrin 90-cı illərindən tanışdır.Bizim keçən əsrin 90-cı illərində hakimiyyət ugrunda siyasi qüvvələr arasında yaşananlar sanki bu gün Ukraynada təkrar olunur.Lakin bircə fərq bundar ibarətdir ki,Azərbaycana birinci Qarabag müharibəsi illərində hazlrda Ukraynaya edələn yardımlar göstərilmirdi.

Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir