KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Putin dövründə Rusiyada bir çox şübhəli terror hadisələri baş verib

Shahin Caferli: Putin dövründə Rusiyada bir çox şübhəli terror hadisələri baş verib

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
130 0

Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) martın 19-da keçirilən kollegiya iclasında Qərbin terror xəbərdarlığına inanmadığını bildirmişdi.

“Bütün bunlar açıq şantajı və cəmiyyətimizi qorxutmaq, destabilizasiya etmək niyyətini xatırladır”, – deyə keçmiş KQB podpolkovniki söyləmişdi.

Putin dövründə Rusiyada bir çox şübhəli terror hadisələri baş verib. O, FSB-nin direktoru ikən 1999-cu ilin avqustunda baş nazir təyin olunduqdan sonra – sentyabrda Moskva və digər 2 şəhərdə yaşayış binaları partladılmış və bu faciələrdən 2-ci Çeçenistan müharibəsinə başlamaq üçün əsas (bəhanə) kimi istifadə olunmuşdu. Keçmiş FSB zabiti Litvinenko partlayışları FSB-nin təşkil etdiyini deyirdi və 2002-ci ildə Londonda Boris Berezovskinin maliyyə dəstəyi ilə “ФСБ взрывает Россию” adlı kitab yazmış, sənədli film hazırlamışdı. Litvinenkonun sonrakı taleyi məlumdur: o, 2006-cı ilin noyabrında radioaktiv maddə ilə zəhərlənərək öldürüldü. Berezovski isə 2013-cü ildə şübhəli şəkildə öldü…

2002-ci ilin oktyabrında Moskvadakı Teatr Mərkəzində “Nord-Ost” müziklinin nümayişi zamanı bir qrup çeçen terrorçu içəri daxil olaraq 916 nəfəri girov götürmüşdü. Üç gün sonra guya girovları xilas etmək üçün keçirilən xüsusi əməliyyat zamanı 130 və ya 174 insan ölmüş, bütün terrorçular isə güllələnmişdi. Yarım il sonra jurnalist Anna Politkovskaya hadisələrin iştirakçısı olduğunu söyləyən bir çeçendən müsahibə almış, həmin şəxs FSB tərəfindən əməkdaşlığa cəlb edildiyini və dövlətin bu terakt barədə qabaqcadan məlumatlı olduğunu bildirmişdi. Müsahibədən bir qədər sonra həmin çeçen şübhəli avtomobil qəzasında öldü, Anna Politkovskaya isə 2006-cı ildə qətlə yetirildi…

“Crocus City” hadisəsində əgər rus dövlətinin əli varsa, bunun hansı məqsədə xidmət edəcəyini görəcəyik. Sosial media platformalarında səslənən ən populyar versiya budur ki, Putin rejimi hadisəni Ukraynanın üstünə ataraq total səfərbərlik elan edə, bu ölkəyə qarşı daha amansız və intensiv raket zərbələri həyata keçirə bilər. Lakin bunları etmək üçün indiyədək hansı ciddi əngəl var idi ki?..

P. S. Son məlumat budur ki, Rusiya xüsusi xidmət orqanları Ukrayna versiyasını istisna edir.
Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir