KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Shahin Caferli: Laçın çevre eylemi meşru Gedebeyde eylemci anaya gaz

Shahin Caferli: Laçın çevre eylemi meşru Gedebeyde eylemci anaya gaz

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
204 0

Gədəbəydəki hadisədə polis nəfərinin yaşlı anaya qarşı tamamilə qeyri-adekvat, gərəksiz, ağıl və məntiqdən uzaq hərəkəti haqlı olaraq hər kəsi qəzəbləndirib.

Lakin həmin epizod nəhəng problemin çox kiçik bir təzahürüdür. Bu hadisə kontekstində Azərbaycanda 2 fundamental problemdən söz açmaq lazımdır:

Birincisi, ölkədə hüquq və azadlıqların təminatı sahəsində onsuz da acınacaqlı olan vəziyyətin daha da ağırlaşması gerçəyi.

Azərbaycan Respublikası dövləti Konstitusiyasının İkinci Bölmə – III Fəslində qeyd olunmuş qırx yeddi maddənin çoxsaylı bəndlərinin mütləq əksəriyyəti tamamilə formalitədən ibarətdir və icra olunmur. Dövlət hakimiyyətini həyata keçirənlər dövləti öz vətəndaşına xidmət edən deyil, öz vətəndaşını əzən mexanizmə çeviriblər. Nəticədə vətəndaş özü də vətəndaş olmaqdan çıxaraq rəiyyətə, təbəəyə çevrilib.

İkinci məsələ Azərbaycanda ekoloji problemlərin getdikcə kəskinləşməsidir.

Çox təəssüf ki, hamımız bu mövzunu tamamilə diqqətdən kənarda qoymuşuq, halbuki söhbət Azərbaycanın təbiətinin, havasının, su hövzələrinin, bir sözlə, insanın yaşaya bilməsi üçün zəruri olan ekoloji sistemin vəziyyətindən gedir. Konkret Gədəbəydəki hadisəyə qayıtsaq, məlumdur ki, qızıl mədənçiliyində istifadə edilən sianid (Türkiyədə siyanür deyilir) ətraf mühitə çox ciddi zərər verir. (Bu sahəni bilənlər və kimyaçılar ətraflı məlumat verə bilər.) Buradan gəlib çıxırıq ekoloji maariflənmənin və ekoloji hərəkatın nə qədər həyati olduğu mövzusuna… İçdiyimiz suyun, udduğumuz havanın, yediyimiz qidanın tərkibinin normalara nə dərəcədə uyğunluğu və ümumən bu ölkəni gələcək nəsillərə hansı vəziyyətdə ötürdüyümüz ekzistensial məsələdir.

Biz müstəqil vətəndaş cəmiyyətinin bir toplum üçün nə qədər vacib olduğunu hələ tam dərk edə bilməmişik. Ölkədə ekoloji maariflənmənin aparılmasında məhz vətəndaş cəmiyyəti və digər demokratik institutlar (xüsusən azad media) əsas rol oynamalıdır. Onlar fasiləsiz şəkildə bu problemi ölkənin gündəmində saxlamalıdır, dinc etiraz aksiyaları təşkil etməlidir (azad media bu aksiyaları işıqlandırmalı, siyasi partiyalar səslənən tələbləri hökumətin qarşısında qoymalıdır), əhalidə, xüsusən gənc nəsillərdə ekoloji şüurun formalaşmasına çalışmalıdır. Normal ölkələrdə belədir. Lakin bizdə müstəqil vətəndaş cəmiyyəti demək olar ki, ortadan qaldırılıb. Qeyri-müstəqil QHT-lərin məmur biznesinin və ya siyasi iqtidarın maraqlarına aid mövzulara müdaxilə etməyəcəyi, heç məmur biznesi və iqtidar maraqlarının olmadığı məqamlarda da bu məsələlərlə bağlı özünü yormayacağı isə məlumdur.

… İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur. Son vaxtlar (xüsusən Qarabağ müharibəsindən sonra) “demokratiya, insan haqları yox, təhlükəsizlik daha önəmlidir” deyib, bir-birini inkar etməyən, əksinə, tamamlayan bu anlayışları ayıraraq əks qütblərə yerləşdirən adamları (hətta partiya liderlərini) çox görür və eşidirik. Halbuki hüquq və azadlıqların durumu ölkənin, xalqın gələcəyinə bilavasitə, müəyyənləşdirici təsir göstərən məsələdir, bu hüquqların təminatı isə konstitusion tələbdir.
Shahin Caferli 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir