KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Putin növbəti səfərbərliyə hazırlaşır

Dadash Ahmadli: Putin növbəti səfərbərliyə hazırlaşır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
160 0

 

Dünən Rusiya prezidenti Vladimir Putin güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə görüş keçirib. Prezidentin əhvalı pis olub və bunu çox da gizlətməyib. Hərbi rəhbərliyin cəbhədəki vəziyyətlə bağlı hesabatlarından sonra Putin vədlərin yerinə yetirilməsi ilə bağlı işlərin necə getdiyini soruşub. Hərbi blokun rəhbərliyinin nümayəndələrindən biri prezidentdən söhbətin hansı vədlərdən getdiyinə aydınlıq gətirməsini xahiş edib ki, bu da ona, ümumilikdə, hərbi rəhbərliyə qarşı tənqid və təhqir yağdırılmasına səbəb olub. Prezident son il yarım ərzində ona verilən hərbi vədlərin demək olar ki, hamısını sadalayıb. Putin bildirib ki, ona verilən sözlər demək olar ki, hamısı boş vədlər olub, bu öhdəliklərin yerinə yetirilmə müddəti və tarixləri bir yana qalsın.

Prezident xatırladıb ki, Donetsk vilayəti artıq bir ildir ki, tamamilə “azad edilməliydi”, lakin Putinin sözlərinə görə, orada azad edilmə baxımından “heç nə baş vermir”, amma “ərazilərin təslim edilməsi” gedir. Prezident bütün hərbi rəhbərliyi qeyri-adi nalayiq ifadələrdən istifadə etməklə “mükafatlandırıb”, aydın şəkildə ordunun hesabatlarındakı məlumatların keyfiyyəti ilə bağlı iddialara keçib və konkret sözlərlə yekunlaşdırıb: “Rədd olun… məni bezdirmisiniz”. İclasda iştirak edən hərbçilər öz məlumatlarının son dərəcə doğru olduğunu əsas gətirərək özlərinə haqq qazandırmağa çalışıblar, lakin bu, prezidenti daha da qəzəbləndirib və o, “alçaqları çürütməyə” söz verərək görüşün bu hissəsini bağlayıb.
Bir neçə dəqiqədən sonra bir qədər sakitləşən Putin, ancaq güc blokunun rəhbərliyinin nümayəndələri ilə əlaqə saxlamağa davam edib. Prezident ölkədəki vəziyyətlə bağlı məruzələri dinləyib və səfərbərlikdə təhlükəsizlik qüvvələrinə köməklik göstərilməsi planlarının hazırlanmasını müzakirə etməyi təklif edib. Putin xeyli müddət idi ki, bu mövzudan yayınmağa çalışırdı və səfərbərliyin növbəti mərhələsinin keçirilməsi ilə bağlı bütün təkliflərə cavab verməkdən yayınırdı və ya bu barədə düşünəcəyinə söz verirdi. İndi isə özü bu mövzunu qaldırıb və deyib ki, payıza qədər “hər şey hazır olmalıdır”. Mövzu təxminən iyirmi dəqiqə müzakirə olunub, bundan sonra prezident üzərində düşünmək və yeni ideyalar formalaşdırmaq göstərişi verib, bir həftə sonra bu mövzunun müzakirəsinə qayıdacağına söz verib.
Hiss olunur ki, cəbhədə vəziyyət ağırlaşdıqca, Putin daha da aqressivləşir və qeyri-adekvat qərarlar verir.
Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir