KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Seymur Hezi: Zəngəzur tələ, yoxsa yol?

Seymur Hezi: Zəngəzur tələ, yoxsa yol?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
172 0

Zəngəzur mövzusu Azərbaycan siyasətinin bugünkü məsələsi deyil. Bu baxımdan da biz problemə yalnız iki aspektdən baxarkən doğru nəticəyə gələ bilmərik. “İki aspekt” dediymizin birincisi tarixi və urapatriotik kontekstdə baxmaqdır ki, bu ritorika demək olar, daha yayğındır və bir qədər qeyri-peşəkar dillə ifadə olunduğu üçün də ciddi siyasi çəki ala bilmir. İkincisi, ultraliberal baxışdır. Bu baxış isə özlüyündə marjinallşamağa məhkumdur. Çünki Zəngəzur məsələsi təkcə hüquq məsələsi ola bilmir. Yəni “BMT-də tanınmış ərazilər”, “hansısa tranzit” deyib, keçə bilmərik. Bu kontekstdə də söhbət Ermənistana hücum etməkdən də getmir. Bu yolun və coğrafiyanın əhəmiyyətini düzgün qiymətləndirməkdən gedir.
Zəngəzur yolunun əhəmiyyəti- kimin üçün necə?
Azərbaycanın bir parçası olan Naxçıvan oraya göydən zənbillə düşməyib, təbii ki. İki əsr öncənin siyasi tarixini oxuduqca bizə hər şey aydın olur. Naxçıvanı Azərbaycana və Naxçıvan üzərindən Türkiyəni Azərbaycana və Xəzər üzərindən Orta Asiyanı Türkiyəyə və Türkiyənin doğusundakı Türk dünyasını Qərbə bağlayan yol Zəngəzurdan keçir. Bu kiçik parça torpağın əhəmiyyəti olduqca mühümdür və bu yola biz Türk dünyasının udlaq borusu deyə bilərik. Başı bədənə, bədəni başa bağlayan yol. Biz Orta Asiyadan gələn ticarət və enerji yolunun Qərbə qədər uzanmasının ən mühüm halqası kimi bu yolu görməliyik. Əlbəttə, Gürcüstan yolu da var. Amma bir neçə ölkənin strateji yolu və planları bir alternativ üzərindən qurula bilməz. Bütün yumurtaları bir səbətə yığmaq doğru olmaz. Yəni bizim daha bir alternativə, amma sabit və təhlükəsiz alternativə ehtiyacımız var.
Rusiyanın planı və İranın qorxusu

Rusiya Orta Asiyanı mühasirədə saxladığını düşünür. Zəngəzur yolunun açılması böyük resurslara malik türk dövlətlərinə yeni bir güzərgah vermək qabiliyyətində olacaq. Ona görə də Rusiya təklif edir ki, bu yola özü, yəni, Rusiyanın xüsusi xidmət orqanları nəzarət etsin. Bununla da Kreml istədiyi vaxt bu yolu bağlamaq, açmaq, istədiyi məkri, provakasiyanı həyata keçirmək imkanını özündə saxlamaq istəyir. Yəni, türk dövlətlərini bir-birinə bağlayan əsas yolu öz nəzarətində saxlamaq istəyir. İran isə bu məsələdə heç nəyi gizli saxlamır, açıq deyir ki, “pantürkist zolağ”ın yaranmasını istəmir. Hətta Həqiqətpur və Qasim Süleymani kimi komandanları vasitəsiylə vaxtilə bu istiqamətdə işlər görüdüklərini də bəyan etməkdən çəkinmirlər. Burada İranın vəziyyəti elədir ki, o, birbaşa heç nə edə bilmir. Ona görə də yalnız Ermənistan vasitəsilə özünün “qırmızı cizgiləri”ni elan edir.
Rusiya bu yola necə nəzarət edə bilər?
Rusiya bu yola nəzarətin bir neçə formasını düşünür. Birincisi, Ermənistanda hakimiyyəti ələ keçirmək, Kreml yanlısını iş başına gətirib, bütövlükdə özünün diqtəsini təmin etmək. Bu alınmasa, Azərbaycanı hansısa formada provakasiyaya çəkib, bu yolu hərbi yolla açmağa vadar etmək. Azərbaycan belə bir addım atsa, təbii ki, beynəlxalq basqı ilə orada qala bilməyəcək. O zaman ya məcbur olacaq, ya da əvvəldən planlanmış qaydada, çəkildiyi yerləri Rusiyaya versin. Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyətini müxtəlif bəhanələrlə Gümrüdən Zəngəzura doğru çəkməsinin əsas səbəbi də məhz budur. Belə bir variant bütövlükdə fəlakət senarisi olar.
Türkiyə nə düşünür?
Bizim üçün burada ən önəmli mövqe Türkiyənin tutumu olmalıdır. Çünki bu böyük nəqliyyat və kommunikasiya körpüsünün əsas dayağı Türkiyədir. Türkiyənin Cənubi Qafqaz siyasətində əldə edəcəkləri həm də bu yolun necə işləyəcəyindən asılıdır. Sonuncu prezident seçkilərindən sonra formalaşan hökumətin xarici işlər naziri Hakan Fidanın açıqladığı Cənubi Qafqaz siyasətinin ana tezisinin sülh və sabitlik olması diqqəti çəkdi. Söhbət təkcə Ermənistan və Azərbaycan arasında sülhdən getmir, həm də Ermənistanla Türkiyə arasında isti münasibəıtlərin qurulmasından gedir. Belə olacağı təqdirdə Rusiyanın bölgədəki rolu ya azalır, ya da tamam sıradan çıxır. Türkiyənin Azərbaycan torpoaqlarının işğalı səbəbindən Ermənistanla dondurduğu münasibətlərə yenidən baxması üçün fürsətlər artıq formalaşıb. Ankara haqlı olaraq belə hesab edir ki, bu münaqişənin Ermənistana bağlı olan hissəsi artıq bitib. Buna görə də növbəti addım sülhün imzalanması, yolların açılması və nəhayətdə regional sabitliyin birgə bərpası olmalıdır. Bu zaman isə bölgədə Rusiya üçün heç bir vəzifə qalmamalıdır. Türkiyə bilir ki, Rusiya kimi region ölkələri arasında nifaqa meyilli olmaq onun siyasətinə uğur gətirməz. Əksinə, Azərbaycanla ən yaxın bir ölkə kimi digər ölkələrlə də ciddi layihələrdə yaxından iştirak etməklə həm də onların müstəqilliyinə olan digər təhdidlərə qarşı birgə immunitet formalaşdıra bilər. Bu zaman o bütün məqsədinə çatmış olacaq və Qərbdəki müttəfiqlərindən tam dəstək almış olacaq.
Ermənistan nəyə məhkumdur?
Ermənistan Rusiyadan üz döndərməsi etibarilə artıq ABŞ-dakı radikal diaspora ilə də münaisbətləri korlayıb. Kremllə eyni genişlənmə planına sahib olan erməni diasporası tarixinin ən acınacaqlı günlərini yaşayır. Azərbaycan Qarabağ məsələsini tamamən həll edib, dünyanı buna razı saldıqdan sonra Erməni diasporası son dərəcə lazımsız dərnəyə çevriləcək. Ermənistan dövləti nəhayət diasporanın satelliti olmaqdan çıxıb, qonşuları ilə yanaşı yaşamaq imkanı əldə edəcək. Əgər vəziyyəti düzgün qiymətləndirə bilsə. Yox, əgər hansısa səbəbdən bu baş tutmasa və İravan tərslikdə davam etsə, dəyişən həyat şərtlərində ermənilərin Ermənistandan ikinci böyük köçü başlayacaq. Çünki regionda hamı ilə düşmən olub, heç bri ciddi layihədə iştirak etməyib yaşamaq çətin olacaq. Üstəlik, əsas dotasiya verən Rusiyanın xeyli zəiflədiyi hətta parçalanma riskinin olduğu bir şəraitdə, xüsusilə, gənc erməni əhali daha yaxşı yaşamaq üçün ölkəni tərk edəcək. Ermənistan nəhayətdə məhv olmamaq üçün o yolu açmağa məcbur olacaq. Buna görə də ən praqmatik variant bir an öncə sülh sazişinə imza atmaq və yolların, kommunikasiyaların açılmasına razı olmaqdır
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir