KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Hezi: Rusiya NATO-ya “çəkil” şərti qoydu

Seymur Hezi: Rusiya NATO-ya “çəkil” şərti qoydu

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
406 0

ABŞ (NATO) – Rusiya qarşıdurmasının Ukrayna cəbhəsi yeni gərginliklərə yol açmaqdadır. Artıq Rusiya öz ətrafında daralan çəmbərin daha da sıxılmasına qarşı addımlar və planlar düşünür. Son iki ayda Moskva bu mövzuda Qərbin qarşısında 2 şərt irəli sürüb: birincisi, Ukraynanın NATO-ya üzv olmayacağına dair yazılı, hüquqi təminat; ikincisi, NATO-nun ümumiyyətlə, şərqə doğru genişlənməni dayandırması, keçmiş sovet məkanına daxil olmaması və burada hərbi sistemlər yerləşdirməkdən imtinası.

Maraqlıdır ki, NATO-nun genişlənməsi məsələsi uzun zamandır Rusiyada müzakirə və narahatlıq mövzusudur, amma heç vaxt indiki kimi açıq mətnlə tərəflər bir-birlərini ittiham və ya ifşa etməyiblər. Daima diplomatiyanın dili ilə danışan siyasilər artıq yeni mərhələdə açıq mətnlə xalqlarını və dünyanı ciddi prosesə hazırlayırlar.

Putinin məqsədi nədir?

Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 17-də açıqladığı təkliflərdən birinə görə NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən, dinc yolla çözməyə razılaşmalıdır.

Bu təklifin mahiyyəti təkcə bu gündən sonra atılacaq addımları deyil, həm də bundan əvvəl NATO-nun Rusiyaya doğru genişlənmə istqamətində atdığı addımların nəticələrini ya aradan qaldırmaq, ya da yenisinə fürsət verməməkdir. Mərkəzi Asiya və Şərqi Avropa siyasi-coğrafi məkanlarına dair fikirlər bunun açıq göstəricisidir. Rusiya deyir ki, nəinki Mərkəzi Asiyaya gəlməməlisiniz, hətta Şərqi Avropadan da çəkilməlisiniz. Bu təklifin qısa və orta mənzilli raketlərin hədəfi olmamaq istəyindən doğduğunu dilə gətirirlər. Putin belə bir açıq mövqe ortaya qoymaqla rus xalqını Qərbdən gələn təhlükə ilə şantaj etmək məqsədi güdür.

Ukrayna ilə müharibənin daxili ictimai rəydə dəstək görməyəcəyini anlayan və Baydenin “Rusiya Ukraynaya hücum etsə, qoşun göndərməyəcəyik” bəyanatı ilə “Qərbdəki havadar” oyunu siya düşən Kreml indi istəyir ki, əslində Rusiyanın mühasirəyə alındığı və təhdid altında olduğu təəssüratını yaratsın. O, vaxtilə sadəcə bəyanat verməklə etiraz etdiyi məsələlərə – NATO-nun Şərqi Avropada genişlənməsi və mövqe tutması – indi hərbi təhlükə donu geyindirmək istəyir. Bununla qalmır, özünün heç bir addım atmadan Çinə təslim etdiyi Mərkəzi Asiyanı da təsir zonası kimi elan edir.

Əslində istər Özbəkistanda, istərsə də Qazaxıstanda baş verən elita dəyişiklikləri bu ölkələrin Çinin təsirində olduğunu göstərdi. Qazaxıstanın bütövlükdə Cənub-Şərqi Asiya iqtisadi modelinə dair bir nümunəyə çevrildiyi ortadadır. Rusiya isə son illərdə bu ölkələri hədələməklə və aşağılamaqla məşğul olub. Yəni Rusiyanın Mərkəzi Asiyaya belə sahib çıxmaq iddiası səmimi deyil. Çünki Putin bölgəni artıq Çinə güzəştə gedib. Məqsəd Putinin hakimiyyətinə Qərbdən gələn təzyiqi və təsiri neytrallaşdırmaqda Pekindən yardım almaqdır. Pekin isə öz növbəsində artıq yerində böyümək taktikasından uzaqlaşaraq genişlənməyə üstünlük verir.

Qərb razılaşacaqmı?

Rusiyanın təkliflərinə münasibət bildirənlər – həm Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki, həm də NATO baş katibi Yens Stoltenberq bildiriblər ki, onlar bu təklifləri öz müttəfiqləri ilə müzakirə edəcəklər. Söhbət ilk növbədə bölgədəki müttəfiqlərdən gedir. Rusiyanın bu taktika ilə nəsə əldə edə biləcəyi elə də real görünmür. Çünki əlində olmadığı bilinən “kart”la blef etmək mümkün deyil. Rusiya hazırda özünün fiziki sərhədlərində möhkəmlənmiş görünür: o, Moldovada AB ilə, Cənubi Qafqazda Türkiyə ilə, Aralıq dənizi hövzəsində NATO, həm də birbaşa Türkiyə ilə qarşılıqlı təsir savaşındadır. Yəni Rusiya artıq öz sərhədlərindən kənarda heç bir yerdə mütləq təsirə malik deyil. Bu isə Kremlin itirə-itirə getdiyini və bu reallıqla barışdığını göstərir. İndiki mərhələdə isə Moskva geri çəkilmək üçün bir az da vaxt qazanmaq istəyir. Təbii ki, bu vaxt ərzində Çin Fars Körfəzində yeni bir “möcüzə” yaradıb, dünyanın diqqətini ora çəkməsə.
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir