KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İrəvanla sülhün yubanması bizə sərf edirmi?

Fuad Gahramanlı: İrəvanla sülhün yubanması bizə sərf edirmi?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
40 0

Dövlət, yoxsa, hakimiyyət maraqları?

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları uzun müddətdir ki, davam edir və hələ ki, yaxın zamanlarda prosesin yekunlaşacağı, sülh müqaviləsinin imzalanacağı da gözlənilmir. Bəs bu vəziyyət Azərbaycanın dövlət maraqlarına nə qədər uyğundur? Çox təəssüf ki, Azərbaycanın sülh danışıqlarına münasibətində dövlət maraqları yerinə, daha çox hakimiyyətin mənafeyinnin önə çıxdığını görürük. Necə?

Ermənistanla sülh müqaviləsi imzalanmadığı müddətdə İrəvan öz ərazi bütövlüyünün təhlükə altında olduğunu əsas gətirərək Qərbin daha çox iqtisadi və hərbi dəstəyini qazanmaq imkanı əldə edir. Paşinyan hakimiyyətinin getdikcə Rusiyayaya qarşı öz ritorikasını kəskinləşdirməsi fonunda Ermənistan Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı əsas dayağı, hücumçusu rolunda çıxış edir. Ona görə də, Qərb Ermənistanı Rusiyanın təhriki ilə Azərbaycanın ehtimal olunan eskalasiyasından qorumaq üçün hərbi və iqtisadi baxımdan daha çox dəstəkləməyə çalışır. Azərbaycan hər nə qədər eskalasiya niyyətinin olmadığını desə də, bunu inkar etsə də, sülh prosesində ayağını sürüməklə və müəyyən vaxtlarda da Rusiya ilə eyni mövqedən çıxış edərək ümumiyyətlə danışıqlardan imtina etməklə ölkəmizə qarşı eskalasiya ittihamlarının gündəmə gəlməsi üçün əsas verib.

Nəticədə də Azərbaycana qarşı Qərbdə ritorika getdikcə daha da sərtləşir, Ermənistan isə bunun əksinə olaraq daha çox dəstək qazanır. Bu gün Fransanın və Hindistanın Ermənistana getdikcə artan hərbi dəstəyi bir müddətdən sonra iki dövlət arasında hərbi strateji balansı Azərbaycanın əleyhinə dəyişə bilər. Görəsən Azərbaycan iqtidarı heç olmasa bunun fərqindədirmi? Vəziyyət o qədər ciddidir ki, ənənəvi olaraq Azərbaycanın müttəfiqi sayılan İngiltərə belə Ermənistanla strateji əməkdaşlığa dair məsləhətləşmələr aparır. Təəssüf ki Azərbaycan hakimiyyəti ölkəmizin beynəlxalq səviyyədə təcridini və Ermənistanın getdikcə artan dəstəyini nəzərə almadan dövlət maraqlarını təhlükəyə atır.

Digər tərəfdən artıq Türkiyə tərəfi də Ermənistanla münasibətləri normallaşdırmaq üçün danışıqlar üzrə səlahiyyətli nümayəndə Sərdar Kılcı müzakirələrə başlamaq üçün İrəvanda göndərməyə hazırlaşır. Məlum olduğu kimi Türkiyə 30 il idi ki, Ermənistanla sərhəddi, məhz, Azərbaycan ərazilərini işğalda saxladığı üçün qapatmışdı. İndi ndi isə bu səbəb aradan qalxıb və Ankara bu məqamda ikitərəfli əlaqələrin qurulması ilə bağlı müzakirələrə başlamaqla Rusiya ilə gərginlik içərisində olan İrəvana dəstək vermiş olur. Bu məsələdə Azərbaycanla Qərblə eyni mövqedən çıxış edən Türkiyənin siyasəti ayrılır. Çünki Bakı Kremllə toqquşan Paşiniyan hakimiyyətinə münasibətdə elə mövqe seçir ki, Rusiya Ermənistanı Azərbaycan vasitəsi ilə hədələyə bilir. Bu yaxınlarda Suslovun “İrəvan KTM dən çıxarsa Ermənistan olmaz, yerində Qərbi Azərbaycan olar” bəyanatına Bakıdan heç bir reaksiya verilməməsi belə təəssürat yaradır ki, bu tip məsələlərdə Azərbaycanla Rusiya arasında müttəfiq kimi koordinasiya edilən bir mövqe var. Və ya Lavrovun Ankara diplomatiya forumunda Ceyhun Bayramovla iki ölkə arasında müttəfiqlik müqaviləsini və 9 noyabr bəyanatını müzakirə edərək, Ermənistanın Zəngəzur dəhlizini Rusiya hərbiçilərinin iştirakı ilə açmalı olduğunu iki ölkənin birgə mövqeyi kimi vurğulaması, o təsüratı yaradır ki, Azərbaycan da Moskva ilə eyni dərcədə maraqlıdır ki, ruslar Zəngəzura daxil olsunlar.

Azərbaycan iqtidarı ehtiyat edir ki, Ermənistanla sülh müqaviləsi imzalanarsa, bu rus ordusunu öz ölkəsindən çıxarmaq istəyən Paşinyanın mövqeyini daha da gücləndirər və Qərbin Cənubi Qafqazda rolunu, təsir imkanlarını əhəmiyyətli şəkildə artırar, Moskvanın Cənubi Qafqazdan qovulmasına yol açar. Bu yeni geosiyasi şərait regionun AB-yə inteqrasiyası ilə bağlı Azərbaycan hakimiyyəti qarşısında demokratik islahatlar tələbinin daha kəskin şəkildə gündəmə gəlməsinə səbəb olar . Ona görə də Azərbaycan iqtidarı Qərbin sülhlə bağlı vasitəçilk səylərini öz maraqlarına təhlükə kimi görür və bacardığı qədər sülh danışıqlarını uzatmağa çalışır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir