KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi: Əliyevdən “Orta Asiya ölkəsiyik” mesajı

Seymur Hezi: Əliyevdən “Orta Asiya ölkəsiyik” mesajı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
160 0

Dövlət başçısı İlham Əliyev Orta Asiya ölkələrinin dövlət başçıları qarşısında çıxış edib. Onun çıxışındakı bəzi məqamlara diqqət çəkməzdən əvvəl deyim ki, belə bir tədbirin 25-ildən sonra məhz ilk dəfə Azərbaycanda keçirilməsi olduqca simvolikdir. Uzun illər özünü heç olmazsa, demokratiyanın imitatoru kimi aparan İlham Əliyev indi bir Orta Asiya ölkəsinin lideri kimi görsənməkdə həvəsldir. Belə bir mənasız tədbirə ev sahibliyi üçün təşəbbüs göstərmək isə əslində bu mesajı çatdırmaq üçündür. Bunun ardınca İlham Əliyev bəzi maraq doğuran açıqlamalar da verib. Ona görə maraq doğuran ki, o Azərbayacanla Orta Asiyanın siyasi amorf ölkələrini paralelləşdirməkdən çəkinməyib və əksinə bəzi məsələləri ortaq üstünlüklər kimi təqdim edib:
“Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.” Avropa Şurasının üzvü olan Azərbaycanla Orta Asiya ölkələrinin eyni siyasi stabilliyi qazanması nə deməkdir? Əlbəttə, bu Mərkəzi Asiyanın irəliləməsi demək deyil. Elə son günlərdə müxalif fəallara və azad mediaya qarşı başlamış yeni repressiya dalğası deyir ki, əksinə, Azərbaycan özünü dənizə vurub, Orta Asiyadakı qardaşlarına doğru irəliləyir. Ölkəmizdəki siyasi stabilliyin ən bariz göstəricisi bir dənə də olsun azad televizyanın və çap mediasının olmaması, müstəqil saytların ya bloklanması ya da repressiyaya məruz qalması, sosial şəbəkələr üzərindən fəaliyyət göstərən media orqanlarına qarşı amansız repressiyalar, ölkənin aparıcı siayasi partiyasının həbs edilən faəllarının sayının 10-dan aşağa düşməməsi, zindanalrın jurnalistsiz olmamasıdır. Bu baxımdan Azərbaycan siyasi sabitliyi, əslində isə zorən siyasi sakitliyi əldə edib və Orta Asiya nümunəsinə xeyli yaxınlaşıb.
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir