KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev: Fransa və Azərbaycan arasında “danışıqlı döyüş”,yoxsa…

Kamal Əliyev: Fransa və Azərbaycan arasında “danışıqlı döyüş”,yoxsa…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
122 0

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona deyib ki,Azərbaycan Daglıq Qarabagdakı erməniləri bölgədən kütləvi köçə təhrik edir və bu strategiya qanunsuz və qeyri-əxlaqıdır.Yəni,Kolonanın səfirlər konfransında dedikləri təxminən belədir.Buna cavab olaraq,Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə də bildirib ki,2020-ci ildəki müharibədən sonra erməni tərəfi siyasi-hərbi təxribatlarına davam edir,Azərbaycan ərazisindəki erməni hərbçiləri bölgədən çəkilmir və buna göz yumulması qanunsuz,qeyri-əxlaqi yanaşmadır.
Görünən odur ki,Bakı və Paris arasında faktiki olaraq “əsəb müharibəsi”gedir və bu,son iki il ərzində artıq davamlı xarakter alıb.
Əlbəttə,Fransa BMT TŞ-nin daimi üzvü kimi dünya nəhəngidir və biz elə düşünməməliyik ki,Paris ilə “əsəb müharibəsi”sıradan bir hadisədir və zamanla aradan qalxacaq.
Konkret Fransanın mövqeyinə gəlincə,bu,aydındır və bu ölkənin çoxillik Cənubi Qafqaz geopolitikasının əsas prinsipidir.Üstəlik,Fransada indiyə qədər oldugu kimi,bundan sonra iqtidar olacaq hökumətlər də eyni geosiyasi kursu davam etdirəcəklər.
Digər tərəfdən,BMT TŞ-də keçirilən sin Qarabag müzakirələrində də Paris Ermənistanın xeyrinə qətnamənin qəbul edilməsinə nail ola bilmədi.Halbuki,Ermənistan Fransaya TŞ-də çox güvənirdi.
Hazırda Paris Cənubi Qafqazda olduqca fəaldır,lakin bu cografiyada hələ də Mosskva və Ankaranın da təsirinin oldugunu dərk edir.Və ya Rusiya Afrikada Fransanı sıxışdırdıgı üçün Paris də Ermənistan üzərindən Moskvaya cavab verir.Çünki Ukrayna müharibəsi kontekstində Moskva-Paris xəttində gərginlik var.
Azərbaycan-Fransa münasibətlərinə gəlincə,bunu “danışıqlı döyüş”adlandıranlar da var.Belə ki,Azərbaycandakı hakim ailənin Fransa siyasi elitası ilə münasibətləri həmişə y a xşı olub.O zaman ortaya sual çıxır:Bakı və Paris arasında “gizli gündəm”mövcuddurmu?Çünki hər iki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi də aşagı deyil.Təbii ki,qarşılıqlı investisiya projeləri də var.Belə olan təqdirdə,Bakı-Paris xəttində “gərginlik”kimə sərf edir? Və ya hər iki ölkə arasındakı bu “əsəb gərginliyini”süni mpvzu oldugunu iddia edə bilərikmi?
Əslində,münasibətlərdəki ton və qarşılıqlı ittihamların təməlində həm də Moskva-Paris xəttindəki ziddiyyətlər də var.Fikir verin,Moskva Qarabagdakı son hadisələr fonunda səssiz,sakit münasibət sərgiləyir.Hərçənd,Ermənistanın hələ də ən böyük müttəfiqi elə Rusiyanın özüdür.Rusiya isə “müşahidəçi”kimi özünü aparır.Belə oldugu təqdirdə,Ermənistan üzərində “təsir boşlugu”yaranır və Paris “müqəddəs yer”ugrunda bir addım önə çıxmaq istəyir.Yuxarıda da dediyim kimi,Cənubi Qafqazda Türkiyə,İran,Britaniya faktoru da var.Yəni hər şey göründüyü kimi,Paris üçün asan deyil…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir