KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Həzi: Rusiyanın Fələstinə “dəstək” niyyəti

Seymur Həzi: Rusiyanın Fələstinə “dəstək” niyyəti

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
135 0

Rusiya XİN maraqlı mğvqe bildirib. Ukraynada işğalçı, Gürcüstanda işğalçı, Moldovada işğalçı Rusiya, Ermənistanı Azərbaycan ərazi bütövlüyünü tanıdığına görə bağışlamayan Rusiya deyir ki, 1967 ci il sərhədlərində müstəqil Fələstin dövlətinin yaranmasını istəyir. Maraqlı mövqedir həm də ona görə ki, Rusiya hüquq tərəfində durur.
Fələstin demokratik idarəetməni haqq edirmi?
Bütün xalqlar kimi Fələstin xalqı da azad və demokratik iadarəetməni haqq edir. Onların da beynəlxalq hüquqa əsaslanan müqəddaratlarını təyin etmək imkanları olmalıdır və yəqin ki, bu nə zamansa olacaq. Fələstin xalqı on illərlə davam edən bir münaqişənin içərisindədir və firavan bir topluluq olmaq haqqı var. Amma bütün bunlara nail olmağın yolları düzgün seçilməlidir. Rusiya bu bəyanatı elə bir zamanda verib ki, bu daha çox başlanmış hərbi prosesə dəstəkdir. Qüvvələrin qeyri bərabər olduğunu bildiyi halda Kremlin belə qızışırıcı mövqeyinin Fələstin xalqına fayda verəcəyini düşünmək sadəlöhvlük olar.
Rusiyanın niyyəti nədir?
Beynəlxalq hüququ kərpic palçığı kimi tapdayan Moskva beynəlxalq hüquq tələb edəndə bunun arxasında bir təhlükəli niyyət olduğunu düşünməmək olmur. Nədir bu niyyət? İranın arxasında dayandığı prosesi genişləndirmək və Qərb üçün ikinci cəbhə açmaq. Bununla da Ukraynaya olan diqqəti ikiyə bölmək. Bu mənada Rusiyanın hansısa hüquqdan yana olmasını düşünmək sadəlöhvlük olar. Bu gün bütün hüququn və siyasətin tək bir vəifəsi var: dinc insanların ölümünü dayandırmaq və sülhə nail olmaq.
Seymur Həzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir