KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Həzi: Rusiya torpaq davasını qan davasına çevirir

Seymur Həzi: Rusiya torpaq davasını qan davasına çevirir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
71 0

Azərbaycan və Ermənistan sərhəddində son baş verənlər bir siqnal olmalıdır. Aydın görünür ki, Moskva hadisələrin gedişatını sürətləndirmək istəyir. Söhbət nədən gedir? Rusiya Azərbaycanın Qarabağ uğrunda müharibəsini, yəni ərazi münaqişəsini “millətlər müharibəsi”nə çevirir. O demək istəyir ki, baxın, Qarabağda heç erməni də qalmayıb, amma münaqişə də bitməyib. Niyə? Çünki bu torpaq yox, qan davasıdır. O zaman ərazi məsələsi boş şeydir, və dayandıran olmasa bi iki xalq bir birini öldürməyə davam edəcək. Deməli, onların arasında bir əlisilahlı “ağsaqqal”a ehtiyac var. Mən də durmuşam burda. Kremlin bu planı Qərb dövlətlərini açıq şantaj etməkdir. Çünki onların coğrafi olaraq bu məsələyə müdaxilə imkanları yoxdur. Üstəlik, Bakı da Moskvaya qarşı hər hansı cəsur addımlar atmamaqla bərabər, az qala onun təmsilçisi kimi çıxış edir. Buna görə də Rusiyanın drijor çubuğunu ondan almaq hələ ki, mümkün görünmür.
Fəqət, bu qan dayanmayacaq, Rusiya orada dayandıqca. Rusiya bir an öncə bölgəni tərk etməlidir. Bu gün Kremlin əlinə oynayanlar anlamırlar ki, bu oyun onların özünü bitirəcək. Elə Kremllə birgə. Olan isə gənc, cavan canlara olacaq. Azərbaycan və Ermənistan müharibədən son dərəcə ciddi insan itkiləri ilə çıxıblar. Bir halda ki, Azərbaycan həm də öz ərazi bütövlüyünü təmin edib, o zaman nə ehtiyac var yenidən hansısa silahlı münaqişəyə. Bütün bunları dayandırmaq üçün sülhün imzalanması qaçılmazdır.
Yaralı əsgərimizə şəfalar diləyirəm. Analarımız heç zaman bala dərdindən ağlamasın.
Sülhdən başqa daha bir doğru yol var, o da daimi sülhdür.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir