Запад торжествует: Трамп бросил вызов России

İSMAİL ENVER – MUSTAFA KEMAL

Ruhani’den Ankara Hamlesi

FIRATIN ŞƏRQİ KİMƏ QİSMƏT OLACAQ?

Samir Hümbətov: Şimali Kipr Türkiyə Cümhuriyyəti üçün ilk addım Azərbaycandan

Türkiye 22 Temmuz 2021
57
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şimali Kipr Türk Cümhuriyyətinin 47 illiyini qeyd etmək məqsədi ilə adaya səfər etdilər. Bu səfər digər səfərlərdən bir neçə əlaməti ilə fərqlənirdi. Öncə onu qeyd etmək olar ki, Şimali Kipr Türk Cümhuriyyətində Ərsin Tatarın prezident seçilməsi Türkiyə-ŞKTC arasında əlaqələrin daha da sıxlaşmasına və Türkiyənin adada artıq 50 ilə yaxındır davam edən təminatçı ölkə statusunu daha da gücləndirdi. Xatırlatma üçün qeyd etmək olar ki, Türkiyənin adada təminatçı statusu XX əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində Böyük Britaniyanın da iştirakı ilə imzalanmış London və Sürix razılaşmalarında rəsmi olaraq qəbul edilmişdir.
Ərdoğanın Şimali Kipr Türk Cemhuriyyətinə səfəri zamanı verdiyi bir açıqlama diqqətlərdən yayınmadı. Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin gələcəyi ilə bağlı jurnalistin verdiyi suala cavab olaraq Ərdoğan bildirdi ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev qardaşımla təmaslarımız davam edir ifadəsini işlətdi. Eyni zamanda bu tədbirdə diqqəti çəkən digər bir məsələ Azərbaycan Milli Məclisinin xarici əlaqələr kommisiyasının nümayəndə heyətinin bu tədbirdə iştirakı bəzi məsələlərin aydınlaşdırılmasına imkan yaradır.
Həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistə verdiyi cavabdan, həm də Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfər etməsi yeni proseslərin başlanğıcı kimi qəbul edilə bilər. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti öz açıqlamasın bir millət üç dövlət işlətməsi də nələrə işarə olunduğunu deməyə əsas verir.
Hesab edirəm ki, II Qarabağ savaşının bitməsi və gedən proseslər onu göstərir ki, tərəflər arasında bir sıra addımların atılmasına imkanlar yarada bilər. Burada ehtimal olunan bir neçə variant var. Bunların arasında Azərbaycanın rəsmi şəkildə Şimali Kipr Türk Cümhuriyyətini tanıması əsas ehtimallar arasında olan fikirlərdəndir. Düzdür Azərbaycan hələdə Şimali Kipr Türk Cümhuriyyətini rəsmi şəkildə müstəqil dövlət kimi tanımayıb, amma Şimali Kipr Türk Cümhuriyyətinin Bakıda rəsmi təmsilçiliyi fəaliyyət göstərir.
Digər ehtimal olunan variant tərəflər arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin qurulmasıdır.
Fikrimcə Azərbaycan nümayəndə heyətinin belə yüksək səviyyədə təmsil olunması artıq Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımaq istiqamətində ilk addımlardan biri kimi qeyd edilə bilər.
Samir Hümbətov

Yorumlar