KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Moskva görüşlərinin reallıqları və yad səslərə dair

Həsənbala Sadıqov: Moskva görüşlərinin reallıqları və yad səslərə dair

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
289 0

Son günlərdə Rusiya federasiyasının prezidenti Vladimir Putin və Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Moskva görüşləri mətbuat səhifələrində eninə boyuna təhil edilir. Şübhəsiz ki, şəxsi və dövlət marağı ilə əlaqədar olaraq fərqli yanaşmlar da vardır. Hətta sensasiya meylli mənbələr gecikmədən mənbəyini göstərməsələr də dünyaya “Əliyev və Putin arasında şok anlaşma” olduğunu bəyan edirlər.
Mənbələrdə Moskva görüşlərini yekunlaşdırır və iddia edirlər ki, “Bakı məqsədlərinə çatdı” Hər halda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Moskva səfərinin yarım cümləyə yerləşdirmək çox çətindir. Başqa mənbələrlə müqayisə etsək, fərqli bucaq altında baxsaq görüşün ortaya qoyduğu reallıqları müəyyən etmək olar. “Turkistan info” və “teleqraf.com” prezidentlərin Moskva görüşünə çox diqqətlə yanaşmışlar və onun nəticələrini yaymaqdan da çəkinməmişdilər.
Mənbələrin verdiyi məlumata görə prezidentlərin 20 iyul 2021-cui ildə olan görüşün əvvəlcədən planlaşmış bir görüş idi. Tərəflər ardıcıllıqla əvvəldən müəyyən edilən məsələləri geniş müzakirə etmişlər. Verilən məlumatlarda göstərilir:“Moskva görüşündə Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədlərə çatdı”
Çox maraqlı olan Moskva görüşündən Azərbaycanın gözlədikləri ilə əldə edə bildiklərinin müəyyən edilməsidir. Bu məsələlərin aydınlaşdırıl masında əksər halda siyasətşünasları və ekspertlərin yanaşmalarını və təhlillərini müəyyən etmək çox faydalı olur. Ona görə də ekspertin Azərbaycan və Rusiya liderləri arasında olan görüşü fərqli məsələlər ilə əlaqədar geniş qiymətləndirirlər.
Moskva görüşündə bütün mənbələrdə Qarabağ məsələsinə aid gündəlik olduğunu xüsusi ilə qeyd edirlər. Bir də konfransadan əvvəlki günlərdə Ermənistan Azərbaycan cəbhəsində anormal hadisə “Azərbaycan-Ermənistan sərhədində atəş səsləri” idi. Bu, Ermənistan və Azərbaycan münasibətlərində çox ciddi gərginlik yaradırdı. Ermənistanın cəbhədə gərginlik yaratması Moskvada görüşün normal getməsinə imkan verməmək idi. Əslində Ermənistanın diplomatik uğursuzluğu ondan ibarət idi ki, “xəyali nəticələr” uğrunda mübarizə aparırlar. Ermənistan bu fikirdə idi ki, onun sərhəddəki atəş siyasəti Moskvada görüşən Azərbaycan və Rusiya prezidentlərinin alacağı qərara təsir göstərəcəkdir. Onlar düşündüklərində hələ 18 və 19 iyul 2021-ci il tarixləri idi.
Moskvada ilk olaraq Ermənistanın Qarabağda saxladığı silahlılar və onların fəaliyyəti məsələsidir. Əslində Ermənistan Qarabağda saxladığı silahlılar 2020-ci il 10 noyabrda imzalanan 3 tərəfli atəşkəs bəyannaməsinin pozulması idi. Ermənistanın atəşkəsi pozması təbii olaraq Azərbaycana da onu aradan qaldırmaq azadlığı tanıyırdı. Ermənitanın Qarabağda silahlılar saxlaması təbii olaraq Azərbaycanın onlara həqiqi adını qoymasına imkan verir. Ermənistanın Qarabağda saxladıqlarına terrorçudan başqa ad vermək mümkün deyildir. Azərbaycan terrorçulara qarşı mübarizə aparması onun süveren hüququnun əsas şərtlərindən birincisidir.
Rusiya sülhməramlıları açıq şəkildə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın Ermənistan tərəfindən yerinə yetirməsini təmin etməlidir. Lakin Qarabağdakı reallıq bundan ibarətdir ki, Ermənistan rəhbərliyi və onların təşkil etdikləri silahlı dəstələr bəyannamənin müvafiq bəndini pozur. Bununla əlaqədar olaraq əvvəldən məlum idi ki, prezidentlərin gündəliyə daxil edəcəkləri məsələ “Qarabağda olan erməni silahlılarının tərksilah edilməsi” məsələsidir. Əslində bu məsələ Rusiya Azərbaycan arasında çox mühüm inamsızlıq mənbəyidir. Rusiyanın sülhməramlıları adından da göründüyü kimi sülh yaratmağa xidmət etməlidir. Sülh yaratmaq üçün ermənilərin silahlı dəstələri ya ərazidən çıxarılmalı, ya da tərksilah edilib Azərbaycana təhvil verilməlidir.
Onların Qarabağda sülh yaratmaları onların missiyasının mahiyyətini təşkil edir. Əgər Qarabağda az miqdarda olan erməni silahlılarını tərksilah edə bilmirsə onun sülməramlılığından necə danışmaq olar? “Xətirə dəyməmək” siyasəti və yanaşması ilə Qarabağda sülh yaratmaq mümkün deyildir. Onda təbii olaraq bir nəticə meydana çıxır “Əgər sülhməramlılar müvəqqəti olaraq yerləşdikləri ərazilərdə ermənilərin silahlanması və gərginlik yaratmasının qarşısını ala bilməyəcəksə, o zaman Qarabağda nə işləri var?”
Üçtərəfli imzalanan 10 noyabr 2020-ci il bəyanatının əsas müddəalarında biri məhz erməni silahlılarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması idi.
Bu gün Qarabağda hələ də erməni silahlıları tərəfindən 10 noybr 2020-ci il atəşkəsin pozulması halından danışırıqsa, o zaman rus sülhməramlılarının hesabat verməsinə ehtiyac yaranır. Axı, tələb bundan ibarət idi ki, rus sülhməramlıların Qarabağda yerləşməsi ilə buradakı erməni separatçıları ərazini tərk etməli idi. Müharibədən 10 ay keçdiyi halda biz hələ də Qarabağda silahlı ermənilərin ordumuza atəş açdığının şahidi oluruq. Burada meydana çıxan suallara cavab vermək çox çətindir. Hətta bir çox ekspertlərə görə “belə çıxır ki, rus sülhməramlıları Qarabağda erməniləri silahlandıraraq gərginliyi özləri yaradır. Bunun başqa izahı ola bilməz.”

Rəsmi Bakı prosesə sərt reaksiya verməyə başlamışdır. Azərbaycanın bu gün güclü ordusu da, hüququ da var ki, Xankəndində antiterror əməliyyatı keçirsin. Bununla belə biz hələ ki, prosesin beynəlxalq hüquq çərçivəsində dinc yolla həllindən yanayıq”

Moskva görüşündə ikinci mühüm məsələ Azərbaycan-Ermənistan sərhədində atəş səsləridir. Lakin burada bir məsələnin qeyd edilməsinə ehtiyac vardır. Ermənistan və Azərbaycan sərhəddində atəş açılmasının uğursuzluğu konfrans günlərində atəş açılmasının dayandırılması idi. Ermənistan sərhəddində açılan atəşlərlə laqədar çox halda fərqli yanaşmalar var idi. Belə bir yanaşma var idi ki, “təxribatların arxasında Ermənistandakı revanşistlər və Fransa dayanıb” bu kənar səslər o qədər də doğru olmadığı meydana çıxdı. Belə bir fikir əslində kənar yanaşmaların da müəllifi Ermənistan höküməti idi. Lakin bunu Ermənistan-Azərbaycan sərhəddində atışmaların dayandırılmasını Moskva görüşünün ilk nəticəsi hesab etmək olar. Azərbaycan və Rusiya arasında müəyyən məqamlar var idi, onlar danışıqlarda həllini tapan kimi atəşkəs də təmin edildi.

Moskva görüşündə mühüm məsələlərdən biri regiona kənar əlavə qüvvələrin Ermənistan tərəfindən dəvət edilməsidir. Ermənistanın bu primitive, hətta diplomatik sayılmayacaq addımı Avropadan olan dövlətlərlə Rusiya arasındakı ziddiyyətlərdən qazanmaq düşüncəsi idi. Burada ilk olaraq Bakı və Moskva bir məsələdə həmrəydir ki, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi həll edildiyindın ATƏT Mİnsk qrupuna ehtiyac qalmamışdır.

Digər bir məsələ Fransanın heç bir real şərt və hüquqi əsas olmadan Azərbaycan Ermənistan münasibətlərinə müdaxilə etmək düşüncəsi ilə əlaqədardır. Burada Ermənistanın “kapitülyasiyalı hökümətinin” səriştəsizliyi özünü aydın şəkldə göstərir. Rusiya da, Azərbaycan da Fransanı regiondakı proseslərdən uzaq tutmaq barədə ortaq fikir irəli sürüblər. “Çağrılmamış qonaq” Fransa regiona nə qədər iddia etsə də sülh deyil, ziddiyyətlərin yenidən kəskinləşməsini gətirir. Fransa liderləri əksər halda Napoleon olmaq istədiklərində bu dəfə olduğu kimi kloun olurlar. “Hərçənd Moskva Makron kartından mütamadi olaraq siyasi manipulyasiya kimi istifadə edir.” fikri mənbələrdə tez-tez qeyd edilir.

Moskva görüşünün yaxın və uzaq nəticələri vardır. Ekspertlərin fikirləri tamam ilə doğru olmasa da onun müəyyən hissəsini qəbul etmək lazım gəlir. Moskva görüşü ilə əlaqədar ekspertlər qeyd edirlər:“Düşünürəm ki, görüşdə nəqliyyat yollarından ilk növbədə məhz Zəngəzur dəhlizinin açılışına dair fikirlər qeyd olunub.”

Moskva görüşündən mətbuata da görünən cəhətlər müəyyən fikirlər söyləməyə imkan verir. Müşahidəçilərin fikrinə görə“beləliklə, 20 iyul Moskva görüşündə Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədlərə çatdı: ”Moskva görüşü ilə əlaqədar nüfuzlu ekspertlərin gəldiyi nəticə çox arzu olunandır. Onlar Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar problemlərin aradan qaldırılacağını söyləyirlər. Onlara görə“biz bir qədər sonra həmin məqamların səssizcə reallaşmasının şahidi olacayıq.”

Professor Həsənbala Sadıqov

Azərbaycan respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir