KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ramiya Memedova: Ermənistanda və qondarma Artsax da ikili vətəndaşlıK

Ramiya Memedova: Ermənistanda və qondarma Artsax da ikili vətəndaşlıK

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
305 0

Ermənistanda və qondarma Artsax da ikili vətəndaşlığı “konstitusiya səviyyəsində legitimləşdirməklə” bağlı geniş müzakirələr başlayıb. Dağlıq Qarabağ Respublikasının” 2006-cı il konstitusiyasında, nə də 2017-ci ildə yenilənmiş variantda artsax ikili vətəndaşlıq məsələsi əks olunmayıb. İndi ikili vətəndaşlıq məsələsinin olmayan dövlətin konstitusiyası səviyyəsində tənzimlənməsi təklif edilir. İndiyədək buna bənzər qanunlar çıxarıblar, referendumlar keçiriblər, lakin son aylar Xankəndidə erməni qazanını yenidən qaynatmağa başlayıblar. Erməni liderləri Avropanı, Amerikanı qapı-qapı gəzirlər, müstəqillik, olmayan status məsələsini yenidən qabardıllar. Yəni bu ikili vətəndaşlıq məsələsi qəfil ortaya çıxmayıb. Rusiya hərbi kontingenti də bölgəyə gələn kimi tələsik rus dilinə “ikinci dövlət dili statusu” verdilər. Yəni bir sözlə məsəslər bir tərəfli həll olunmur. Ukraynada gedən prosselər Qarabağda da özünü göstərməyə başlayıb. Belə ki, Rusiyanın Ukraynanın vilayətlərini özünə birləşdirmək ücün referendum kecirib və istədikləri nəticəni aldığları təqdirdə Qarabağda ki, ermənilərində Rusiya pasportunun onlara verilməsinə müraciət edə bilərlər. Bu ermənilərin Qarabağdan gacması kimidə dəyərləndirmək olar, lakin bu məsələ göründüyündən də dərin və qəlizdi. Belə ki, biz Qarabağla Ermənistanı birləşdirən yeni yola nəzarəti gücləndirməli və rus hərbçiləri qarşısında konkret tələblər qoymalıyıq. Əgər gələcəkdə Xankəndi və ətraf rayonlarda ermənilərin sayını artırmaq planı qurulursa, bu siyasətə dəstək verən məkrli qüvvələr varsa, biz açıq siyasət aparmalıyıq. Sözsüz ki, bu gün Moskva Bakı ilə əlaqələri nəzərə alaraq buna getməz, amma Ermənistanda sözəbaxan hakimiyyət qurularsa, Xankəndidə rus pasportu proyekti işə düşə bilər. Buna hazır olmalıyıq və indidən konturaddımlar atmalıyıq. Birincisi, Rusiyanı razı salmaq lazımdır ki, “artsax”ı tam darmadağın edək, külünü havaya sovuraq, orada mülki erməni əhalisi qalsın və sülhməramlılar da nəzarəti təmin etsinlər; ikincisi, Xankəndi və ətraf ərazilərdə dövlət orqanlarımızın fəaliyyəti təmin olunmalıdır. Üçüncüsü, Qarabağın dağlıq ərazisindən olan köçkünlər qaytarılmalıdır ki, ermənilər sayca çox görünməsinlər və ikili vətəndaşlıq adı ilə çoxalmasınlar. Sülhməramlının borcudur ki, 2025-ci ilədək Xocalı, Xocavənd, Xankəndi, Şuşanın ermənilər yaşayan kəndlərinə azərbaycanlı qaçqınların qayıdışını təşkil etsin, təhlükəsizliyi təmin eləsin. Necə ki müharibədən dərhal sonra avtobuslarla erməniləri bu ərazilərə qaytardılar, amma bizim qaçqınlar Dağlıq Qarabağa gedə bilmir. Ona görə qarşıda uzun proses var, böyük ehtimalla sülhməramlı kontingenti daha 5 il də orada qalacaq ki, bu məsələləri həll edək. Ancaq dünya sürətlə dəyişir, Rusiyanın mövqeyinin necə olacağı hələ bəlli deyil, ABŞ və Fransadan separatizmə dəstəyin nə şəkildə davam edəcəyini də proqnozlaşdırmaq çətindir. Ona görə işimizi bərk tutmalıyıq.

Ramiya Memedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir