İranda 22 yaşlı Məhsa Əmininin irşad dövriyələri(əxlaq polisi)tərəfindən təzyiq göstərilərək öldürülməsindən sonra bu ölkənin 100-dən çox şəhırində teokratik rejimə qarşı etiraz aksiyaları hələ də davam etməkdədir.Əvvəlki yazılarımda da vurguladıgım kimi,İrandakı iqtisadi vəziyyətin pis olması,Qərbin sanksiyaları və nəticə olaraq sosial problemlərin agırlıgı kütlələrin etirazini davamlı olaraq siyasiləşdirirdi.Yəni 2 2 yaşlı Əminin öldürülməsi sosial partlayış üçün “qıgılcım”rolunu oynadı.İran kimi demoqrafik sistemi olduqca dinamik və çevik olan bir cəmiyyət illərdir yıgılmış qəzəbi biruzə verməyə başladı.Məsələnin siyasi tərəfinə gəlincə,İrandakı siyasi elitanın mövcud islahatçı qanadı son prezident və parlament seçkilərindən sonra sistemin dışına çıxarılmışdı.
Lakin bizim mövzumuz son demonstrasiyalardakı İrandakı müxtəlif terror təşkilatlarının son həftələrdəki aktivliyidir.Xüsusilə,Kürdüstan Demokrat Partiyası(İKDP),Komele və PKK-nın İran qolu PJAK-ın fəallaşdıgını görürük.Görünür,separatçı kürd təşkilatlar elə etnik kürd olan Məhsa Əmininin ölümünü etno-siyasi müstəviyə çəkmək istəyirlər.Bu nöqteyi-nəzərdən,həm PJAK,həm İKDP,həm də Komele daha çox İranın kürd əyalətlərində təşkilatlanmış qruplarla “rasan”və “sərhildan”(üsyan,başqaldırı)siyasətini həyata keçirməkdədilər.
Belə ki,Tehran Əmininin ölümü ətrafında davam edən aksiyalarda PJAK,İKDP və Komele kimi təşkilatların fəaliyyətini təsbit etdiyini bəyan edərək,son həftə ərzində üç dəfə Şimali İraqdakı rejimə müxalif olan kürd yaraqlılarının bazalarını bombalayıb.Tehran hesab edir ki,İrandakı son etiraz aksiyalarında İraqın şimalında mənzinlənmiş kürd separatçı qrupların əli var və aksiyalar buradan koordinasiya edilir.SEPAH son günlər İraqın şimalındakı kürd yaraqlılarının təlim mırkəzlərini,bazalarını uzaqmənzilli raketlərlə və kamikadze dronlarla hədəf alıb.Zənnimcə,rejim son etiraz aksiyalarının arxasındakı güclərin daha çox separatçı kürd təşkilatlarının oldugunu müəyyən edib.Hal-hazırda proseslərə diqqət yetirsək,kütləvi etirazların daha çox kürdlərin kompakt halda yaşadıgı vilayətlərdə mütəşəkkil oldugunu görə bilərik.
Kamal Aliyev Kafkassam