KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. QARABAĞ SEPARATÇILARININ LİDERİ PAŞİNYANI XƏBƏRDAR ETDİ!

QARABAĞ SEPARATÇILARININ LİDERİ PAŞİNYANI XƏBƏRDAR ETDİ!

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
313 0

Ermənistanın baş naziri Nikol Paşinyan “Rusiya bizim siyasətimizə uyğunlaşmalıdır” dedikdən bir gün sonra Qarabağ separatçılarının lideri Bako Saakyan ona bu şəkildə cavab verdi: “Rus-erməni münasibətlərinin tarixi kökləri mövcuddur, bunu daha da dərinləşdirmək lazımdır”. Yəni Bako Saakyan demək istəyib ki, Nikol Paşinyan tarixdən gələn ənənəni dəyişə bilməz, dəyişmək istəsə qarşısında Qarabağ ermənilərini görəcək.

Rusiyanın ermənipərəst qüvvələri Paşinyanın xarici siyasətindən narazıdırlar. Ona görə də bu qüvvələr birbaşa Qarabağa separatçıları ilə təmasları genişləndirməyə qərar veriblər. Məsələn Rusiyanın ermənipərəst “Regnum” saytının ermənipərəst baş redaktoru Modest Kolerov Qarabağ separatçılarının liderindən müsahibə alaraq suallarını rus-erməni birliyi ətrafında formalaşıb. Bako Saakyan da müsahibə boyunca Rusiyanın böyük və tarixi rolundan danışıb. Bununla Rusiyadakı mərkəzlər Bako Saakyanın dili ilə Paşinyana mesaj yollayıblar ki, “bizim əleyhimizə gedərsənsə Qarabağ separatçıları İrəvanın deyil birbaşa Moskvanın təlimatı ilə idarə olunacaq, ta o vaxta kimi Ermənistan hakimiyyətində yenidən ruspərəst otursun”.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir