Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

Maydan hadisələrinin 3 ili: Ukraynada nə dəyişdi?

Gündem 24 Şubat 2017
420

Kiyevdə “Maydan” hadisələrini yerində izləyən birisi kimi görürdüm ki, ukraynalılar meydana həvəslə gəlir və ciddi dəyişikliklərə ümid edirlər. Ancaq mən onlar qədər optimist deyildim. Çünki, köhnənin ortadan qaldırılması hələ yeninin mükəmməl olduğu anlamına gəlmirdi. Kiyevdə meydanı dolduran insanları gördükdə Bakıda “Azadlıq”meydanındakı möhtəşəm mitinqlər yadıma düşürdü. Biz də dəyişiklik istəyirdik, ancaq biz tələblərimizi səsləndirərkən, Dağlıq Qarabağdakı erməni əhalisi silahlanır və soydaşlarımızı məcburi köçkünə çevirir, qətliamlar törədirdilər. Eləcə də mən Kiyevdə oxşar mitinqləri izləyərkən, Ukraynada nə ordu var idi, nə də kəşfiyyat xidməti. Çünki Rusiya məxfi orqanları Ukraynadakı güc strukturlarında öz qadamlarını yerləşdirmişdi və prezident Viktor Yanukoviç hakimiyyətinin çökməsi ilə həmin çəxslər həm özləri qaçdılar, həm də başçılıq etdikləri nazirlikləri dağıtdılar. Üstəgəl Rusiya qoşunları Krımda yerləşmiş və Donbasda separatimz baş qaldırmışdı.

Kiyevdə ukraynalı siyasətçi və ekspertlərlə görüşdükdə, onlardan bu ağır vəziyyətdən necə çıxacaqlarını soruşurdum. Onlar nə edəcəklərini hələ bilmirdilər, “Maydan”ın eyforiyasından ayılmamışdılar. Yaxşı yadımdadır, ukraynalı millətçi deputatla görüşdə eyni sualı ona da verdim. O da cibindən tapançanı çıxararaq mənə “bax lazım olsa ətrafımda dostlarımı yığıb Donbasa gedəcəm”. Onunla ayrılıb şəhərin mərkəzinə tərəf gedirdim ki, güclü səs-küy eşitdim. Sən demə həmin gün Kiyev Dinamosu ilə Şaxtyor futbol komandaları arasında çempionluq uğrunda matc var idi, gənclər ora tələsirdi. Bu gördüyümlə deputatın sözləri arasında təzad var idi.

Mən anlayırdım ki, Ukrayna gecikir, separatizmə və Rusiyanın müdaxiləsinə son qoymaq üçün nəsə etmək lazımdır. Ancaq yeni qüvvələri də qınamaq olmazdı, yeni hökumət formalaşmayıb, kimin hansı sturktura rəhbər təyin olunacağı bilinmirdi. Üstəgəl də müvəqqəti hökumət təcili olaraq dağılan ordunu və güc strukturlarını formalaşdırmalıydı. Buna isə vaxt lazım idi. Kreml isə bu boşluqdan istifadə edərək birinci Krımı işğal etdi. Krımın separatçı parlamenti toplaşanda yarımadanın qanunverici orqanının qarşısına tatarlar yığışmışdılar, vəziyyət gərgin idi, silah işlənməsi təhlükəsi var idi, bu isə millətlərarası toqquşmaya səbəb ola bilərdi. Tatarlar dağılışmağa qərar verdilər. Üstündən 3 il keçdikdən sonra özümə sual verirəm: Əgər tatarlar dağılışmasaydı, Rusiya işğalına müqavimət göstərsəydilər, hadisələr necə inkişaf edərdi?

Bu mövzu ətrafında Kiyevdə Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə ilə geniş diskussiyam olub. Mustafa bəy qan töküləcəyini bildirdi, yeni Kiyev hakimiyyəti isə bunu istəmirdi. Ona görə də tatarların liderlərinə deyiblər ki, silahlanmasınlar və toqquşmaya rəvac verməsinlər, çünki Kremlə bundan öz məqsədləri üçün istifadə edə bilər.

Fikrimcə, o zaman Kiyev yanlış qərar verib. Bu fikrimi ukraynalı siyasətçilərə və ekspertlərə də bildirmişəm. Krımda güclü müqavimət olsaydı, Rusiya prezidenti Vladimir Putin bir qədər ehtiyatlı qərarlar verərdi. O isə görəndə ki, Krımı asanlıqla ələ keçirir və müqavimət yoxdur, istədiyi hədəfə asanlıqla çatdı.

Eyni sözləri Donbasa da aid edə bilərik. Kiyevdəki mitinqləri bir neçə gün izlədikdən sonra Donetskə getdim. Şəhər tədricən separatçıların əlinə keçirdi. Separatçılar bir neçə inzibati binanı ələ keçirmişdilər. Həmin binaların ətrafında gəzişdim, gördüm ki, bu yerli separatçıların işi deyil, onlara Rusiyanın xüsusi xidmət orqanlarının zabitləri nəzarət edirlər. Kiyevdə hakimiyyət uğrunda mübarizə gedərkən, Kırmda olduğu kimi Donbass da əldən gedirdi. Kiyev Donbasda tərəfdarlarını toparlaya bilmədi. Halbuki, şəhərdə gəzişərkən bir çox mənzillərdə Ukrayna bayrağının dalğalandığını da görürdüm. Donetskin mərkəzində bir çadıra yaxınlaşdım, orada 3 keşiş var idi. Dedim nədən bu çadırı qurmusunuz? Söylədilər ki, Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdılar və buna görə Allaha dua edirlər. Ancaq dua az idi, müqavimətə ehtiyac var idi ki, qarşı tərəf özünü yığışdırsın. Donetski çox pis əhval-ruhiyyə ilə tərk etdim. Çünki, mənə tam aydın oldu ki, şəhər tamamən separatçıların nəzarətinə keçir, Kiyevə bağlı yerli strukturlar isə iflic vəziyyətində idilər.

Buna baxmayaraq, Kiyevdəki müvəqqəti hakimiyyət Putinin daha böyük planını pozdu. Kreml sahibi Ukraynanı iki hissəyə bölmək istəyirdi, hətta belə bir deyim də fikirləşmişdilər: “Novorossiya”. Bunun açması belədir ki, “Kiyevdən Qərbə qədər Sizin, Şərq isə tamamən Rusiyanın”. Başqa sözlə Putinin planına görə Krım, Luqansk və Donetsklə yanaşı Xarkov, Nikolayev, Dnepr, Odessa, Mariupol da separatçıların nəzarətinə keçməli idi. Bir ara, hadisələr məhz bu istiqamətdə inkişaf edirdi, adları çəkilən şəhərlərdə rus separatçıları xalqı küçələrə səsləyirdilər, Kiyev bir az da geciksəydi, Ukrayna bu bölgələri də itirəcəkdi. Ancaq təcili silahlanan ukraynalı millətçi qruplar buna imkan vermədilər və bu şəhərlərdə nəzarət bərpa olundu.

Bu hadisələrin üstündən 3 il keçdikdən sonra Ukraynada vəziyyətin nisbətən stabilləşdiyini söyləmək olar. Ən azı sıfırdan ordu və güc strukturları qurulub, ordunun silahlanması genişlənib, Rusiyadan qaz asılığının qarşısı alınıb, Avropa ilə interqrasiyada bir sıra addımlar atılıb və s. Ancaq Ukrayna hakimiyyəti konseptual problemləri hələ həll etməyib, iqtisadiyyat və sosial islahatlar ləng gedir, yeni iş yerləri açılmır, zavod və fabriklər tam gücü ilə işləmir, ən əsası da Krım və Donbasın bir hissəsi hələ də Rusiyanın nəzarəti altındadır.

Krımın geri qaytarılacağı problematikdir. Rusiyada nə vaxtsa liberal görüşlü siyasətçi prezident seçilsə belə, o da Krımı geri Ukraynaya qaytarmayacaq. Ancaq Donbassa nəzarəti geri qaytarmaq olar. Donbass geniş muxtariyyət verməklə Rusiyanın bu bölgə üzərindəki təsirini mimimuma endirmək mümkündür. Peşəkarlaşan Ukrayna ordusu da bu tapşırığı yerinə yetirməyə qadirdir. Ancaq Ukraynanın sabit və inkişaf edən dövlətə çevrilməsi üçün birincisi, korruspiyanın miqyası azaldılmalıdır, çünki yağlı müəssisələr və əsas banklar yenə də oliqraxların əlindədir, iqtisadi islahatları sürətləndirmək lazımdır. Bunlar olmasa Ukraynanın indiki prezidenti Pyotr Poroşenkonun ikinci dəfə prezident seçilməsi çətindir. Ukraynalılar hər hansı siyasətçiyə çox etibar edib onu hakimiyyətin ən yüksək zirvəsinə qaldırıb, ancaq az sonra onu kürsüdən asanlıqla çölə də ata bilən millətdir. Təsadüfi deyil ki, Poroşenkonun reytinqi getdikcə azalır, onun əsas rəqibi Yuliya Timoşenkonun reytinqi isə artır. Rusiyaya da elə Ukraynada Timoşenko kimi populist lider lazımdır.

O ki qaldı, Donbasa lokal döyüşlər davam edəcək. Bu bir növü Dağlıq Qarabağ münaqişəsinə bənzəyir. Azərbaycan ordusu işğal altındakı torpaqlarda işğalçılara təzyiqi artırır ki, Ermənistan geri adım ataraq Dağlıq Qarabağ ətrafındakı bölgələri boşaltsın. Eləcə də peşəkarlaşan Ukrayna ordusu zaman-zaman işğalçıya təzyiqi artırır ki, Rusiya düşünməyə başlasın və bölgənin Ukrayna tərkibində muxtariyyətə razılaşsın.

Elhan Şahinoğlu

Yorumlar