Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

Karlovun qətlindı erməni izi – rus araşdırmaçıdan ilginc iddia

Gündem 22 Aralık 2016
421

Rusiya və Türkiyədən olan müşahidəçilərin yekdil fikrincə, Andrey Karlova qarşı təşkil olunan sui-qəsd üçüncü qüvvənin əməlidir “Rusiya səfirinin Türkiyədə öldürülməsi, Rusiya-Türkiyə yaxınlaşmasını həzm etməyən üçüncü qüvvələrin əməlidir. Mən belə hesab edirəm ki, Rusiya və Türkiyə liderləri, artıq belə qənaətə gəliblər ki, baş verən hadisə üçüncü qüvvələrin işidir Rusiyalı siyasi icmalçı və yazar Aleksandr Fomenkov Sputnik-ə açıqlamasında belə deyib. Onun fikrincə, üçüncü qüvvəyə qarşı mübarizə aparmaq üçün isə gücləri birləşdirmək lazımdır: “Belə başa düşürəm ki, Rusiya-Türkiyə yaxınlaşması hansısa güclərin xoşuna gəlməyib. Şəxsən mənim fikrimcə, erməni faktoru bu məsələdə ön plandadır”.

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay da hesab edir ki, rus səfirin öldürülməsi, son zamanlar inkişafda olan Rusiya-Türkiyə-İsrail münasibətlərinə vurulmuş bir zərbədir. “İlk baxışdan fərdi bir hadisə kimi görünən bu proses hələ uzun zaman müzakirə ediləcək. Türkiyəli rəsmilər, hadisədə FETÖ izi axtarması da, hələ uzun zaman mübahisələrin davam edəcəyini göstərir”, — o, Sputnik-ə açıqlamasında bildirib.

Oktayın sözlərinə görə, hadisənin beynəlxalq tərəfi müzakirə edilərsə, yenə də Türkiyə-Rusiya-İsrail münasibətlərini baltalamaq niyyəti görünür: “Xüsusilə Ukrayna böhranı zamanı Türkiyənin tərəfsiz qalaraq Rusiyaya dəstək olması Qərbin qıcığına səbəb olmuşdu. Qərb İran üzərindən Rusiyanı Suriyaya çəkərək Türkiyə ilə qarşı-qarşıya gətirdi. Təyyarə böhranı da planlanmış bir hadisə idi”.

“15 iyulda Türkiyədə yaşanan hərbi çevriliş cəhdi göstərdi ki, Türkiyə-Rusiya sülhünə mane olmaq istəyənlər hərəkətə keçiblər. Lakin bu hadisələrdən sonra Türkiyə-Rusiya münasibətləri gözləniləndən daha yaxşı bir səviyyəyə gəlincə, bu dəfə münasibətləri pozmaq üçün, səfirin qətlini təşkil etdilər. Hər şeyə rəğmən, hesab edirəm ki, Türkiyə-Rusiya münaisbətləri hər zamankından daha güclü səviyyəyə çatacaq”, — politoloq bildirib. İradə Cəlil, Sputnik Azərbaycan

Yorumlar