KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev:İran Cənubi Qafqazda “təhlükəsizliyə zəmanət”verə bilərmi?

Kamal Aliyev:İran Cənubi Qafqazda “təhlükəsizliyə zəmanət”verə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
69 0

İranlılar demişkən,məntəqədə vəziyyət heç də xoş deyil…

-Ermənistan Rusiyadan heç bir təhlükəsizlik zəmanəti almaq istəmir.Əvəzində,Paşinyan Fransa və yaxud NATO-dan(hərçənd,bu,mümkünsüz görünür)ərazi bütövlüyünə “təhlükəsizlik zəmanəti”istəyir.

-Fransa Rusiyanın ona Afrikada vurdugu ardıcıl zərbələrə cavab olaraq Ermənistan vasitəsi ilə Cənubi Qafqazda ruslardan “qisas”almaq istəyir.Paris hesab edir ki,Nikol Paşinyan və erməni ictimai şüuru anti-Rusiya əhval-ruhiyyəsinə köklənib və bu tarixi fürsətdən faydalanmaq lazımdır.Ancaq Fransa hələ ki,Ermənistana açıq şəkildə “təhlükəsizlik zəmanəti”verməyə tələsmir,daha dogrusu,risq etmir.Fransızlar duygularıyla deyil,beyinləriylə düşünüb qərar ver(ə)irlər.

-Moskva nəyin bahasına olursa-olsun Ermənistanı itirmək istəmir.Əbəs yerə deyil ki,Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzun etnik ermənilərin Qarabaga qaytarılması perspektivi haqqında Azərbaycan hökuməti ilə müzakirələr apardıqlarını deyir.Ruslar hələ ki,Paşinyanın nazıyla oynamaqda davam edirlər.Lakin bu da bir yerə qədər.

-Bölgənin digər vacib aktoru İran isə Cənubi Qafqaz regionuna “təhlükəsizlik zəmanəti”verə biləcəyini bəyan edib.Daha dogrusu,dünən Tehranda səfərdə olan Nikol Paşinyanın müavini Mher Qriqoryan və İran prezidenti arasında keçirilən görüşdə bu məsələ gündəmə gəlib.Iran prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mher Qriqoryana deyib ki,(tasnimne ws.com)kənar qüvvələrin regiona müdaxiləsi əlavə problemlər yarada bilər və buna görə də İran Cənubi Qafqaz regionuna “təhlükəsizlik zəmanəti”verməyə hazırdır.

İndi top Ermənistanın sahəsindədir;Paşinyan ya regiondan kənar qüvvələri bölgəyə gətirəcək,ya da bölgə aktorlarıyla müştərək maraqlar çərçivəsində ortaq məxrəcə gələcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir