KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır

Elhan Şahinoğlu: Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
48 0

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə görüş Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə “yox” deməmək üçün görüşə razılaşıblar. Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb. Buna baxmayaraq, Münxen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir. Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər.

Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı “hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır” cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa artıqmasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir