KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Fransa niyə ATƏT-in Minsk Qrupunun həmsədri oldu?

Cemil Hasanlı: Fransa niyə ATƏT-in Minsk Qrupunun həmsədri oldu?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
239 0

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunu keçmiş prezident Heydər Əliyevin Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrliyinə razılıq verməsi ilə izah edib. O yazır:

“Uzun illər əvvəl, Rusiyanın və Finlandiyanın həmsədrliyini yeni tərkiblə dəyişdirmək qərarı qəbul edildikdə Rusiyanın siyasətinə ABŞ-ın tarazlıq gətirəcəyi təxmin olunurdu. Amma ATƏT Avropa təşkilatıdır. Böyük Britaniya neft layihələrində iştirakı ilə əlaqədar erməniləri qane etmirdi, biz isə Fransaya qarşı idik”.

Amma prezident Heydər Əliyev uzun-uzun düşündükdən sonra Fransanın MQ-nin üçüncü həmsədri olmasına icazə verdi.

“Onda o, çox dar dairədə bizə izah etdi ki, bu, bizim üçün faydalı olacaq, belə ki, Fransanın rəsmi vasitəçi statusu bizə Fransanın siyasi elitasının ermənipərəst mövqeyini qismən də olsa neytrallaşdırmağa imkan verəcək. Bu amildən uzun illər boyunca uğurla istifadə olundu. Buna paralel olaraq Azərbaycan məqsədyönlü şəkildə Fransanın maliyyə elitasının bir hissəsində Azərbaycanpərəst lobbiçilik qrupu yaratmaq üzərində işləyirdi. Bu taktika pis-yaxşı Fransanı daha məqbul çərçivədə saxlamağa imkan verirdi”,
“Amma 2020-ci ildən sonra erməni diasporu və Fransadakı ermənipərəst siyasətçilərə tam aydın oldu ki, “vasitəçilik” daha çox yüz milyonlarla avroluq hərbi təchizat alan və ya ölkəmizdə Eyfel qülləsindən başlayaraq yüz yerdə Mədəniyyət Mərkəzi açan Azərbaycana sərf edir”.

Fransa Senatının 295 üzvü Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qətnaməsyə səs verib, cəmi bir senator əleyhinə olub. Sual olunur bəs hanı o Fransa elitası içərisində lobbi fəaliyyətlərinin və Eyfel qülləsinin beş addımlığından başlayaraq Fransanın yüz yerində açılmış Mədəniyyət Mərkəzlərinin işinin nəticəsi?
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir