KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:Co Bayden yenə də Azərbaycanı Demokratiya Sammitinə dəvət etmədi

Kamal Aliyev:Co Bayden yenə də Azərbaycanı Demokratiya Sammitinə dəvət etmədi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
196 0

 

ABŞ Azərbaycanı martın 29-u və 30-da keçiriləcək Demokratiya Sammitinə yenə də dəvət etməyib.Yeri gəlmişkən,2021-ci ilin dekabrında onlayn formatda keçirilən Demokratiya Sammitində də Azərbaycan dəvətlilər arasında deyildi.Ermənistan isə həm 2021-ci il,həm də bu ayın sonunda keçiriləcək Demokratiya Sammitinə dəvət edilib.Xatırladım ki,2021-ci ilin dekabrında keçirilmiş ilk sammitdə erməni baş nazir Nikol Paşinyan fürsətdən istifadə edib Azərbaycanı tənqid də etmişdi.
Konkret olaraq Azərbaycanın Demokratiya Sammitinə dəvət olunmamasına gəlincə,görünür,Vaşinqton və Bakı arasında münasibətlər heç də yüksək səviyyədə deyil.Baxmayaraq ki,ABŞ-ın dövlət katibi Entoni Blinken Konqresdə Azərbaycanın İranla sərhədi oldugunu və bu ölkəni qorumagın zəruri oldugunu deməsinə,görünür,iki ölkə arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil.Halbuki,Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qoşulmayan ölkə Ermənistandır.Eyni zamanda,son iki ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi daha da artıb və bu iki ölkə arasında rus rublu əsas pul vahidinə çevrilib.Üstəlik,Ermənistan mətbuatında Rusiyanın Ukraynada davam etdirdiyi işgal müharibəsi görməzdən gəlinir,ən yaxşı halda isə cılız tənqidləri görmək mümkündür.Dogrudur,son 2,5 ildə Nikol Paşinyan və onun ətrafı Rusiyanı tənqid edir,Qərbə pozitiv reveranslar edir,ancaq digər tərəfdən də Yerevan-Moskva arasında münasibətlər də inkişaf etməkdədir.Belə demək mümkünsə,Rusiya Ermənistan vasitəsilə Qərbin sanksiyalarını zəiflədir.

Azərbaycana gəlincə,yuxarıda da vurguladıgım kimi,Vaşinqton Bakıdan narazıdır.Hətta ABŞ Dövlət Departamentinin sin hesabatında Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyətin pis oldugu açıq-aşkar vurgulanmışdı.ABŞ Əliyev hökumətinin anti-demokratiya siyasətini,siyasi məhbular,sistemli korrupsiya məsələlərini yaydıgı hesabatında bəyan etmişdi.Üstəlik,artıq bir ildir ki,ABŞ-ın Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin etməsi prosesi gecikdirilir.Vaşinqton ona qənaət gətirmiş ola bilər ki,Azərbaycan avtoritar ölkədir və Gürcüstan və Ermənistandan fərqli olaraq,bu ölkəni Rusiyanın təsir orbitindən çıxarmaq olduqca çətindir.
Göründüyü kimi,ABŞ bu dəfə də Əliyev hökumətini avtoritar dpvlətlər kateqoriyasına aid etməklə,onu Demokratiya Sammitindən kənar saxladı.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir